Neftçalada 70 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

2020-07-27 Baxış: 1901
img

Neftçalada bədbəxt hadisə baş verib

MAYAKİNFO xəbər verir ki, hadisə axşam saat 19:30 radələrində Neftçala rayonunun Astanlı kəndində baş verib. Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Ağalarov Mirabas Mirhüseyn oğlu həyətlərində qazdığı su quyusuna nasos qurmaq istəyərkən elektrik cərəyanı vurub. 

Faktla bağlı araşdırma aparılır.