Şuşadan yüksələn qardaşlıq andı

2021-ci
il iyunun 15-də Azərbaycan tarixində mühüm siyasi hadisələrdən biri baş verdi.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu tarixi sənəd
iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini dünyaya
nümayiş etdirdi.
Şuşa
Bəyannaməsi dərin tarixi köklərə, xalqlarımızın əsrlər boyu davam edən dostluq
və qardaşlıq münasibətlərinə əsaslanır. Bəyannamədə böyük liderlər Mustafa
Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu
Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması Azərbaycan–Türkiyə
qardaşlığının əbədi olduğunu bir daha təsdiq edir.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş Şuşada imzalanan bu sənəd əcdadlara
sədaqətin, gələcək nəsillərə isə möhkəm birlik və həmrəylik irsinin ötürülməsinin
göstəricisidir.
Bəyannamə
siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar, təhsil, mədəniyyət və
informasiya sahələri daxil olmaqla bütün istiqamətlərdə əməkdaşlığın daha da
genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda tərəflərin beynəlxalq münasibətlərdə
bir-birinin milli maraqlarını dəstəkləməsi, xarici siyasət məsələlərində
qarşılıqlı məsləhətləşmələrin aparılması kimi mühüm müddəaları özündə əks
etdirir.
Şuşa
Bəyannaməsində 1921-ci il Qars müqaviləsinə istinad olunması da xüsusi rəmzi məna
daşıyır. Yüz il sonra azad Şuşada imzalanan bu müttəfiqlik sənədi Azərbaycan–Türkiyə
münasibətlərinin yeni dövrünü müəyyənləşdirərək gələcək əməkdaşlığın yol xəritəsinə
çevrilmişdir.
Bu
gün Şuşa Bəyannaməsi təkcə iki dövlət arasındakı münasibətlərin hüquqi əsası
deyil, həm də türk dünyasında birlik, həmrəylik və qarşılıqlı dəstəyin mühüm
nümunəsidir. Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluq əlaqələri gələcək
nəsillər üçün də güclü bir qardaşlıq körpüsü olaraq yaşayacaqdır.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



