Neftçalada modul tipli məktəb quraşdırılacaq.

2020-08-08 Baxış: 2345
img

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

MAYAKİNFO xəbər verir ki, Sərəncama əsasən, 12 rayonda 26 modul tipli məktəb quraşdırılacaq. Sərəncamla bunun üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb.

Prezidentin sərəncamında Neftçala rayonunun Elektrik Şəbəkə yaşayış massivində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması da nəzərdə tutulur. Məktəb tikintisi üçün 256 000 manat vəsait ayrılıb.