Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır

2023-03-23 Baxış: 192
img

Martın 14-də Berlində Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat konfransındakı çıxışında Prezident İlham Əliyev bildirib ki, "Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq aparılır". Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropaüçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.

Müxtəlif şirkətlərin rəhbərlərinin toplaşdığı görüşdə Prezident Əliyevlə almaniyalı iş adamları arasında çox əhəmiyyətli dialoq baş tutub. Prezident ona ünvanlanan bütün sualları çox yüksək səviyyədə cavablandırıb və onlarla fikir mübadiləsi, müzakirələr aparıb.

Metro tikintisi ilə bağlı siz bizim planımızdan xəbərdarsınız. Biz bunu mərhələli şəkildə həyata keçiririk. Mən artıq qeyd etdiyim kimi, dəmir yollarını təkmilləşdirməliyik. Şərq-Qərb əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Ümidvaram ki, bir neçə ilə bu, tamamlanacaq. Biz, həmçinin Cənub istiqamətində gedən dəmir yolunun istiqamətini dəyişməyi planlaşdırırıq. Çünki hazırda o, birbaşa Xəzər dənizinin sahilinə gedib çıxır. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır. Ona görə də bizim bu həcmdə yükü nəql etmək imkanına sahib olan bir dəmir yolumuz olmalıdır. Ümidvarıq ki, bu marşrut boyunca çoxlu biznes fəaliyyəti olacaq, söhbət təkcə dəmir yolunun inşasından deyil, bütün vacib sənaye, ticari infrastrukturdan gedir və əlbəttə ki, dəmir yolları müasir standartlara uyğun inşa edilməlidir. Həqiqətən də açıq dənizə birbaşa çıxışı olmadan Azərbaycan artıq mühüm nəqliyyat qovşağına çevrilir, təkcə Şərqdən Qərbə və əks istiqamətdə deyil, həm də Şimaldan Cənuba və Şimaldan Qərbə. Bilirsiniz ki, mallarını ixrac edə bilmək üçün hazırda şirkətlərin öz yüklərinin nəqli üçün yeni yollar tapmasına böyük ehtiyac var. Beləliklə, nəqliyyat iqtisadiyyatımızın lokomotivlərindən biri olacaq. Ümidvarıq ki, söhbət təkcə tranzit gəlirlərinin əldə edilməsindən getmir, biz marşrut boyunca biznes üçün, əsasən kiçik və orta müəssisələr üçün əlavə imkanlar yaratmaq istəyirik və düşünürəm ki, Ələt Azad İqtisadi zonası xarici istehsalçıların Azərbaycana cəlb olunması baxımından mühüm rol oynayacaq fikirlərini Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir.

Gülnar Hüseynova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü