Amputant futbol komandasının Neftçaladan olan üzvü: Gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağam

2023-04-04 Baxış: 488
img

Mən minaya düşərək sağ ayağımı itirmişəm. 2021-ci ildən amputant futbol oynamağa başladım. Hələ də futbol oymağa davam edirəm. Uşaqlıqdan, kiçik yaşlarımdan futbola həvəsim var. Peşəkar futbol məşqlərinə Neftçala rayonunda getmişəm. Sonra Vətən qarşısında borcumu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışam.

Bunu AZƏRTAC-a müsahibəsində əslən Neftçaladan olan, amputant futbol komandasının üzvü Sənan Hacıyev deyib.

O qeyd edib ki, amputant oyunçular futbolu çəliklə oynayır. Bir ayaqla oynamaq bir az çətindir. Amma artıq öyrəşmişəm. Qaydalara görə adi futbolda top ələ dəyəndə hakim oyunu saxlayır. Amputant futbolçular oynayanda isə top çəliyə təmas edəndə hakim görüşü dayandırır.

“Komandamızın məşqləri davam edir. Gələcəkdə beynəlxalq yarışlarda iştirak etsəm, ölkəmizi layiqincə təmsil etməyə çalışacağam.

Mina hadisəsindən sonra mənim həyatımda çətinliklər olsa da, idmanın yenidən həyata bağlanmamda rolu böyükdür. İdman - amputant futbol həyatına bağlanmamda mənim üçün güclü imkandır”, - deyə Sənan Hacıyev vurğulayıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunun ərazisindəki meydançada mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslər arasında “Minalara yox deyək!” şüarı ilə futbol oyunu keçirilib.