Ermənistan əhalisinin 99.9 faizi ermənilərdən ibarətdir.

2023-05-12 Baxış: 164
img

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində çıxışında dedi ki, Ermənistan əhalisinin 99.9 faizi ermənilərdən ibarətdir. Bu isə faşizm deməkdir.Ermənistanın bütün qonşu ölkələri Türkiyə, İran, Gürcüstan, Azərbaycan. Onların hamısı çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdir Rusiya, İraq, Qazaxıstan, Ukrayna, Türkmənistan, Əfqanıstan, Pakistan, İsrail. Dünyanın bu hissəsində monoetnos olmaq mümkün deyil. Qitənin bütün tarixi buna ziddir. Siyasi sistemindən, dinindən asılı olmayaraq heç bir dövlətdə belə vəziyyət yoxdur.Ermənistan bir neçə onilliklər ərzində ardıcıl olaraq, irqçilik və ksenofobiya siyasətini apararaq, 21-ci əsrə bu biabırçı statusda qədəm qoyub.Çoxmillətli İrəvan və Zəngəzur torpaqları irqi cəhətdən ‘təmiz’ cəmiyyət qurmaq üçün sınaq meydanına çevrilib. Erməni ekspansionizminə himayədarlıq etməyə davam edərək, bu siyasəti birbaşa və dolayı yolla dəstəkləyən xarici siyasətçilərə ayıb olsun.Son 100 ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım və deportasiya aktlarında 1,5 milyon nəfər öz tarixi yurdlarından qovulub, 500 min nəfər öldürülüb.Ermənistan ərazisində yaşayan 182 000 azərbaycanlı, 18 000 kürd və 1 000 nəfər rus zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb. Ümumilikdə 200 mindən artıq insan öz tarixi torpaqlarından vəhşicəsinə qovulub.Hazırda Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı yaşamır və Ermənistan dünyada ən monoetnik dövlətə çevrilib. Ölkə əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir.Ermənistanın işğalçı və terrorçu siyasəti, qonşu xalqa qarşı soyqırım həyata keçirməsi özünün ağır nəticələrin erməni xalqının da üzərində göstərib. Bir qrup ermənizm ideoloqu və Qərb dövlətlərinin seperatçı agentləri bütün bir xalqı müsibətə, faciəyə düçar edib. Ermənilər bunu artıq başa düşürlər və görürlər, lakin artıq gecdir. İndi son 2 əsrdə törədilmiş sayslz-hesabsız vəhşiliklərə, işğala, terrora, soyrıqıma görə Azərbaycan xalqı qarşısında cavab vermək vaxtı gəlib çatıb.

Aidə Günəşova,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədr müavini