Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir

2023-05-15 Baxış: 185
img

May ayının 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşa şəhərindən Azərbaycan xalqına müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayaraq qeyd etmişdir ki, "Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq .

Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Müstəqil dövlət olmaq ,müstəqil dövlətdə yaşamaq sərvətdir. Hər bir xalqa məxsus olmayan sərvət. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Azərbaycan əsrlər boyu mücadilələr aparmış, torpağına göz dikən, azadlığını buxovlayan, ona düşmən kəsilən yadellilərlə ölüm-dirim savaşına qalxmış, saysız qurbanlar vermişdir. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsidir".

Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipallıqla davam etdirərək Azərbaycanı sabitlik və əmin-amanlıq adası kimi qoruyub saxlayır, Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini və siyasi nüfuzunu daim artırıır.Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir.Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

 

Fətəli Hüseynov,

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü