Xocalı soyqırımı barbar ermənilərin daha bir bəşəri cinayəti idi.

34
il öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
və onların havadarları beynəlxalq hüquq normalarını, bütünlükdə insanlığa
dayanan davranış və əməlləri vəhşicəsinə pozdu. Bu faciənin törədilməsində
SSRİ-nin 366-cı alayının verdiyi dəstək düşməni daha da azğınlaşdırmışdı.
Mühasirədə olan Xocalının dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib,
onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan
edən düşmən bəşəri cinayət törətdi. Azərbaycanlılara, ümumən türk millətinə
qarşı düşmən mövqeyindən çəkinməyən bu barbar toplumun Xocalıda törətdiyi qətliam
əslində bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli idi.
Yüzlərlə
insan erməni vəhşiliklərindən canın qurtarmaq üçün qarlı yollarda donaraq, əzabla
vəfat etdi. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi
qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə
yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri
çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət
alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi. 8 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. 1275 sakin girov götürülmüş,
150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır.
Qana
susamış barbar ermənilər Xocalıda bu qətliamı törədərkən doğma torpağını qəsbkarlara
vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyətini
güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Xocalı faciəsinin ağırlığı o
zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn,
soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi.
Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi
açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi
ağır nəticələr verdi. Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə
hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına
qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ümummilli Lider
Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il
fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.
BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq
beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi
tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə
müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş
tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli lider hər il faciənin
ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların
qan yaddaşına çevrildiyini vurğulamışdır. Ulu öndərin 1997-ci il fevralın 25-də
imzaladığı Sərəncama əsasən hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Azərbaycan
xalqı inanırdı ki, Xocalının qisası bir gün mütləq alınacaqdır. Müzəffər Ali
Baş Komandan İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və
beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Həmçinin,
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu
soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük
faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması
istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış
«Xocalıya ədalət!» beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da
fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində
geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində
milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Bütün
bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin
ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə
cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda,
İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı
soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul
olunub.
Ən
nəhayət, uzun illərdən sonra haqq-ədalət öz yerini tapdı. Şanlı Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan
tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial,
qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik,
əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 ilə yaxın həsrət bitdi, torpaqlarımız
mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Artıq
xalqımız Bakıdakı «Ana harayı» abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki
düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası
alınıb. Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin
imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 34 il əvvəl Xocalıda
törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Sevindirici haldır
ki, tarixən Azərbaycan torpağı olan Xankəndidə oturub bizə diş
qıcayan, paytaxtımıza göz dikən oyuncaq «prezidentlər», «nazirlər»,
«deputatlar» Azərbaycan məhkəmələri tərəfindən haqlı cəzalarını aldılar.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



