Oğurluqda şübhəli bilinən Salyan sakinləri saxlanılıb.

2019-08-26 Baxış: 840
img

26.08.2019

Salyan şəhəri ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də şəhər ərazisindəki mağazaların birindən  65 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov saxlanılmışlar.

R.Eyvazovun və K.Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları da müəyyən edilmişdir.