Neftçaladan olan Şəhid Əkbər Quliyev dəfn olundu.

2021-02-16 Baxış: 1360
img

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn olunub.


MAYAKİNFO-nun məlumatına görə, Vətən müharibəsində iştirak edən 21 yaşlı Quliyev Əkbər Güləhməd oğlu ilk öncə doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilmiş, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun və rayon ictimaiyyətinin iştirakı ilə qəsəbə məscidinin həyətində cənazə namazı qılınmışdır. Daha sonra dəfn olunmaq üçün Bakıya aparılmış və II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.


Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.

 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı. Müharibədə itkin düşən Əkbər Quliyevin şəhid olduğu DNT analizi nəticəsində təsdiq olunmuşdur. 

Allah rəhmət eləsin!