Avropaya qaz təchicatımız təxminən 60 faiz artıb.
2025-04-09
Baxış: 96

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edən Prezidenti İlham Əliyev Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynadığını vurğulayıb. Ölkə başçısı qeyd edib ki, vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsi, ikinci məqsədin isə özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etmək olduğunu bildirib.
Çıxışımda “Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir”- deyən Prezident İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Ölkə başçısı həmçinin sənaye təhlükəsizliyi haqqında da danışıb. Sənayeni inkişaf etdirmək üçün enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələrin lazım olduğunu, Azərbaycanın isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı olduğunu bildirib.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Dövlətimizin başçısı Avropada qaz təchizatımızın coğrafiyasının birmənalı olaraq genişlənəcəyini, buna səbəb isə bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında Azərbaycanın iştirak etməsidir. “Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”- deyə ölkə başçısı əlavə edib.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini hamı üçün böyük uğur hekayəsi olduğunu vurğulayıb. Ölkə başçısı qeyd edib ki, bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sisteminin bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsinin tam dolu işlədiyini diqqətə çatdıran cənab Prezident onların genişləndirilməsinin vacibliyini bildirib.
Ölkə başçısı AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunların bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqları olduğunu, bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra ölkəmizin Avropaya qaz təchizatı təxminən 60 faiz artib. “Azərbaycanın Avropaya qaz təchizatı 2021-ci ildə təxminən 8 milyard kubmetr idi isə, ötən il demək olar ki, 13 milyard kubmetr olub. Bu da , Azərbaycanın ümumi ixracatının təxminən yarısından çoxdur olduğunu . Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq.” – deyən ölkə başçısı bu gün həmin həcmin artıq kifayət qədər çox olduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.
Prezident İlham Əliyev Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərindəki su elektrik enerjisi potensialından da bəhs edib. 270 meqavatlıq su elektrik stansiyalarını qurulduğunu, 30-dan çox kiçik su elektrik stansiyasının istismara verildiyini və maksimum növbəti beş ildə bu rəqəmin əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacağını, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialının yaranacağını bildirib.
Mehrac Gözəlov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



