Neftçala rayonunda 27 sentyabr Anım Günü qeyd olunub

2021-09-28 Baxış: 826
img
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala şəhərində, rayonun müxtəlif qəsəbə və kəndlərində  Anım Günü tədbiri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
İlk öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb. Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub və rayonun müxtəlif yerlərində ağacəkmə aksiyaları keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Qarabağ Veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Neftçala filialının sədri Emin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi polkovnik- leytenant Tofik Quliyev,  Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışdılar.
Şəhid ailələri adından çıxış edən Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Tədbir Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.