Ölkə başçısı cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirak etməsi hər iki müttəfiq ölkələr arasında olan münasibətlərin inkişafında yeni mərhələ açdı.
Beynəlxalq
münasibətlər tarixinə nəzər salsaq görəcəyik ki, Azərbaycan və İtaliya arasında
yüksək səviyyəli qarşılıqlı münasibətlərin tarixi möhkəm əsaslara dayanır. Sarsılmaz təməl üzərində bərqərar olan bu
münasibətlər hər iki müttəfiq dövlətin həm milli mənafelərinə, həm də müstəqil
dövlətlər olaraq strateji maraqlarına tam cavab verir. Bu gün Azərbaycan
beynəlxalq müstəvidə balanslaşdırılmış, müstəqil xarici siyasət yürüdür. İtaliya
ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlığa dair sənədə əsasən
İtaliya Avropa dövlətləri arasında Azərbaycanla həm ticari, həm də xammal
ixracatı tərəfdaşlığı olan ölkələr arasında öncül sıralardadır. Xüsusi
vurğulamalıdır ki, Azərbaycan İtaliyanın neft idxal edən ölkələri arasında
birinci yerdə dayanır. Bu gün, dünya dövlətləri arasında etibarlı enerji
ixracatçısı kimi tannınan Azərbaycanın həm də təbii qaz ehtiyatlarına olan
təlabat durmadan artmaqdadır. Azərbaycandan
il yarım ərzində ümumilikdə Avropa ölkələrinə 13,5 milyard kubmetr
qaz nəql edilmişdir ki, bunun da 11,7
milyard kubmetri məhz İtaliyanın payına düşür. Əlbəttə bu rəqəm çox böyük
rəqəmdir, həm də bu rəqəm Azərbaycan və İtaliya arasında mövcud iqtisadi və
siyasi münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin əyani
göstəricisidir. Ölkə başçısı cənab İlham Əliyevin sentyabr ayının 2-də İtaliyaya
növbəti səfəri və səfər zamanı bir çox qarşılıqlı əməkdaşlıq sahəsində mühüm
sənədlərin imzalanması mövcud əlaqələrin, strateji tərəfdaşlıq sahəsində
qurulan münasibətlərin daha da inkişaf edəcəyinə böyük ümidlər yaradır. Bu gün Avropa
İttifaqı üzü də təsdiq edir ki, Azərbaycan bu gün qitənin enerji
təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaşlardan birincisidir. Artıq
çox böyük sevinc hissi ilə qeyd edə bilərik ki, Azərbaycan bu gün elektrik
enerjisinin, bərpa olunan enerji resurslarının Avropaya nəql edilməsi üzərində
müvafiq işlər aparır. Hazırda Avropa dövlətləri üçün Azərbaycanın mövcud təbii
potensialı bərpa olunan enerji sahəsinə kapital-investisiya qoyuluşu üçün ən
əlverişli regionlardan hesab edilə bilər. Fikirlərimin sonunda bir mühüm məqamı
da qeyd etmək istəyərdim ki, İtaliya istər torpaqlarımızın 30 ilə yaxın bir
dövrdə işğalda qaldığı zamanlarda, istərsə də Vətən Müharibəsi zamanı
Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ona daim sadiq qalan dost ölkələrdən
biri olub.
Filarə İsmayılova;
Neftçala rayon ziyalısı, şəhid
anası
Digər xəbərlər