Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.
Azərbaycanın
bol sərvətli torpaqlarına qənim kəsilənlərin işğalçılıq siyasəti əsrlərlə davam etmiş,Azərbaycan torpaqlarından
qarış-qarış oğurlayıb özünküləşdirmişdilər.Zəbt olunmuş torpaqlarımızda düşmən dinc
əhalinin var-dövləti əlindən alınmış,özlərinə divan tutulmuş,soyqırımlar törətmişdilər. Qarabağın qaçqın,köçgün dinc əhalisi isə
sağlamlıqlarını itirərək elindən-obasından,evindən-eşiyindən
didərgin düşmüşdür.Birinci Qarabağ müharibəsində erməni millətçiləri fitnəkar
siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün daha da azğınlaşmış, himayədarlarının köməyi
ilə dünyada görünməmiş vəhşiliklər
etmiş,qətllər törətmişlər. Azərbaycanlıların qanına susamış,körpə uşaqlara,köməksiz
qocalara belə rəhm etməmişdilər. Ermənilərin 30 il qanunsuz işğal etdiyi ərazilərimizdə
evlər talan olunmuş,
yandırılmış, dağıdılmışdır. Qəbirstanlıqlarda
gor eşən ermənilər qəbirləri eşib sərvət toplamağa,az
gözlərini doydurmağa çalışmışdılar.Qəbirlər,məscidlər təhqir edilmişdir.Ərazilərimizin
adları dəyişdirilmiş,”Böyük Ermənistan” yaratmaq xülyasını vandalizmlə həyata
keçirməyə çalışmışdılar.Nankor qonşumuz ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə,
musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək,
özününküləşdirmək istəmişlər.
Azərbaycanın bütün sülhsevər
səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə
tənzimlənməsini hər vəchlə əngəlləmişdir, siyasi və hərbi təxribatlar vasitəsilə
danışıqlar prosesini pozmuş və Azərbaycan ərazilərinin işğalına əsaslanan
mövcud status-kvonu davam etdirməklə, bu əraziləri daim işğalda saxlamaq istəmişdilər. Azərbaycanın dövlətlər səviyyəsində aparılan
danışıqları nəticəsiz qalmış,heç bir qurumlar əməli iş görə bilməmişdilər. Azərbaycan
dövləti sülh yolu ilə torpaqlarının geri alınmasının mümkünsüzlüyünü görüncə
odru yaratmaq siyasətini gücləndirdi,silah-sursat
istehsalına başladı,
hərbi mütəxəssislər
yetişdirdi.Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev bu yolda güclü siyasi xətti ilə,bacarıqlı idarəediciliyi
ilə Azərbaycanı ayağa qaldırdı,xalqını “Dəmir yumruq”kimi birləşdirdi. Müzəffər
Ali Baş Komandan Rəşadətli Azərbaycan Ordusunun gücünə,əsgər və zabitlərinin cəsurluğuna
,döyüş taktikasına,qələbə qazanacağına əmin
idi. Ordu quruculuğu məhz Böyük Sərkərdə
İlham Əliyevin məqsədyönlü şəkildə apardığı siyasətin tərkib hissəsidir. Vətən
həsrətli Azərbaycan xalqı Prezidentinə,Ordusuna dəstək olaraq qələbəyə doğru addımladı.Böyük Sərkərdə İlham
Əliyevin düşünülmüş hər addımı,hər əmri qələbə sorağının yaxın zamanda
olacağından xəbər verirdi.Bu ruh yüksəkliyi ilə Vətən uğrunda döyüşə gedən igid,cəsur döyüşçülərimiz şəhid
olsalar da, Vətən torpağını qanları ilə suvardılar,torpaqlarımıza can verdilər,44
günlük ikinci Vətən müharibəsini dünyada görünməmiş döyüş taktikası ilə başa
vuraraq Zəfərə gedən yolun qələbə sorağını Azərbaycan dövlətinin mədəniyyət beşiyi qədim
Şuşada tamamladılar. 8 Noyabrda
Şuşa azad olundu.Qələbə bizim oldu.İlham Əliyev siyasətinin nəticəsidir
ki,Azərbaycan öz haqq savaşında zəfər çaldı. Böyük Qələbə ilə Ermənistanın
işğalçılıq siyasətinə son qoyuldu. Şanlı Qələbə bütün dünya azərbaycanlılarına sevinc göz yaşları ilə həsrətində olduqları
torpaqlarımıza qovuşacağı günü reallaşdırdı.Azərbaycanın Müzəffər Prezidenti,Rəşadətli Ordusu Qarabağ torpaqlarını 44 günlük aktiv müharibə, 20
günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə
möhtəşəm Zəfər tarixi yazdı: “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri
sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri
bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni
bəxş etmiş müzəffər Orduya çevrilib. Aparılan uğurlu siyasət və görülən davamlı
tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”.
Cənab Prezident İlham Əliyev
çıxışlarında söyləmişdir ki,Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi
təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat
dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir.
Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin
tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz
Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə
imkan verəcək. Qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış
şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə
dayanır, yenidənqurma prosesi çərçivəsində Azərbaycan xalqının rifah halının
yaxşılaşdırılmasında “ağıllı şəhər”,
“ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından davamlı istifadə olunacaqdır. Xalqımız böyük layihələrin,quruculuq
işlərinin tamamlanması yolunda Müzəffər
Ali Baş Komandan İlham Əliyevin əmr və sərəncamlarına layiqincə əməl edərək Qalib Azərbaycan adını daimi yaşadacaqdır.
Elmira
Tağıyeva,
Digər xəbərlər