İnformasiya müharibəsində qalib gələn gənclik

2023-02-01 Baxış: 277
img

Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyət  respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların  himayədarı kimi çıxış etdi. Bu gün  Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Gənclərin I Forumunun keçirildiyi tarix-yəni 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi. Gənclər onlara göstərilən etimadı fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Vətən müharibəsinin gedişində, ondan da əvvəl dünyanın müxtəlif səmtlərində yüz minlərlə azərbaycanlı gənc düşmənin informasiya təxribatlarına qarşı savaşırdı. Onların illərdir ki, dünyaya yaydıqları yalanları ifşa edirdi. Tarixi həqiqətləri, ermənilərin insanlığa sığmayan müharibə cinayətlərini, mülki əhaliyə qarşı törətdikləri qətliam faktlarını beynəlxalq ictimaiyyətə çatdırırdı. Döyüş meydanında bir-birinin ardınca qələbələr qazanan ordumuza informasiya savaşı meydanında da bacardığı dəstəyi verməyə çalışırdı. Azərbaycan gəncliyi öz missiyasını bu gün də davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Azərbaycan gəncliyi mənfur düşməni informasiya  savaşı meydanında məğlubiyyətə uğradır.

Mənsur Həsənov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü