Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kompaniyasına start verilib.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına
dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi
genişmiqyaslı yardım kampaniyasının böyük əhəmiyyəti vardır.Türkiyə Azərbaycan
qardaşlığı, birliyi bütün dünya üçün nümunədir.Prezident İlham Əliyevin
Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və
xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət
qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması
xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev səfirliyi ziyarət edərkən
matəm kitabında bu sözləri yazmışdır: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı.
Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə
şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”. Azərbaycan Respublikasının
1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev
Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım
kampaniyasına da start verilib. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii
fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları
vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.Mehriban
xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş
şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli
sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları,
xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti
geyimlər göndərilir. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə
ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş
vətəndaşlara çatdırılır.Türkiyədə baş vermiş zəlzələdə dövlətimiz, Azərbaycan xalqı olaraq
uşaqdan böyüyə hərkəs qardaş ölkə üçün dəstək nümayiş etdirərək birlik
ətrafında birləşmişdir.Azərbaycancan gəncləri Heydər Əliyev fondunun
təşəbbüsünə qoşularaq vətəndaşlıq borcunu yerinə yetirirlər.Dövlətimiz və
xalqımız Türkiyənin yanındadır.
Elşad Tağıyev,
YAP Neftçala rayon təşkilatı,
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər