İstilik Elektrik Stansiyası xarici tərəfdaşlarla birlikdə inşa ediləcək
Hər zaman olduğu
kimi, Azərbaycan Respublikası bu gündə həm siyasi həm iqtisadi cəhətdən inkişaf
etmiş dövlətdir.Hazırda dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi,
enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin
etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji
qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümumilli Lider Heydər
Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi
enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini
artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji
təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri
və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Enerji keçidi
prosesinin rasional idarəedilməsidir. Ona görə də bu gün Azərbaycan enerji
böhranı yaşamır. Enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçısının da
ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə
dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm
qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə
töhfə verir.
Hazırda Azərbaycanın enerji ölkəsi kimi
inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə ölkəmizin Avropanın enerji təchizatındakı
strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək. Bu, ilk növbədə Cənub
Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə
mümkün olacaq. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə “yaşıl enerji”nin
ixracı, Azərbaycanın daha bir dəhlizin -“yaşıl enerji” dəhlizinin də əsas
resurs mənbəyi olması hesabına reallaşacaq.
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt
gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Prezident İlham
Əliyevin cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik
dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində
çıxışı ilə əlaqədar tədbirdə qeyd etdiyi kimi, “Mingəçevir şəhərinin Azərbaycanın
və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni
dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim
potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə
verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə,
Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək,
eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük
addımlar atacaq;”
Mingəçevir
Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli
oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki
obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır,
yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası
da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin
bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv
edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan
Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan
çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
İndi isə
Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın
elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat
gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə
gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə
olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz
imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda,
həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.
Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər
aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1
milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına
böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə
növbəti töhfə olacaqdır.
Əminəm ki,
biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz
layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına
çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma
imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı
Avropa üçün yeni imkanlar açacaqdır.
Yəni,
İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük
coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim
əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın
əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin
yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində
İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və
tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox
strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir.
Biz bu gün
doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə
tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını
gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla
yeni, gələcək layihələrə yol açacaqdır.
Cəmil
Əsgərov,
YAP Neftçala
rayon təşkilatının fəal üzvü
Digər xəbərlər