Azərbaycan sülh razılaşması üçün beş əsas prinsipi təqdim edib
Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə qucaq
açdı. Məlum olduğu kimi, bu günlərdə paytaxtımızda Qoşulmama Hərəkatının
COVID-19 –a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bu
görüşün Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Toplantıda
Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin konseptual xarakterli
çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı bu çıxışında yeni dünya
düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası ilə bağlı fikirlərini
paylaşdı və önəmli mesajlar verdi. Üç il əvvəl Azərbaycan Qoşulmama Hərəkatına
sədrliyə başladığı vaxtdan indiyədək bu təşkilata yeni güc, yeni nəfəs verdi.
Bu Hərəkat son illər ərzində beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətli
təşkilatlardan birinə çevrilib.
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin
yekdil qərarı ilə bu təşkilatın sədrliyinə başladı. Etiraf edək ki, həmin dövrə
qədər Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Dövlətimizin
başçısının sədrliyi ilə həyata keçirilən tədbirlər qurumun nüfuzunu xeyli
artırdı. Ona görə də Azərbaycanın təşkilata sədrlik müddəti Hərəkat üzvlərinin
yekdil qərarı ilə daha bir il uzadıldı. Dövlətimizin başçısı Zirvə görüşündəki
çıxışında da ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin beynəlxalq
aləmdə böyük razılıqla qarşılandığını diqqətə çatdırdı: “Azərbaycan 2020-ci
ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində
onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu mühüm təşəbbüs
Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının
çağırılması təklifi idi. Təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək
qazandı və xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirildi. Tədbirdə 70-dən
çox dövlət və hökumət başçısı çıxış etdi. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin
artırılmasının zəruriliyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla
mübarizədə liderliyi qəbul edilmişdi. Bununla yanaşı, Qoşulmama Hərəkatı bütün
ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün
2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul
edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Hərəkatın pandemiya ilə mübarizə üçün
qlobal səylərin səfərbər edilməsində liderliyi qurumun nüfuzunu və məsuliyyətini
bir daha nümayiş etdirdi”.
Ermənistan-Azərbaycan münaqişəsi
milyonlarla insanın taleyinə ciddi təsir göstərən, ən faciəli münaqişələrdən
biri kimi tarixin yaddaşına həkk olunacaq.Xarakterinə və miqyasına görə beynəlxalq
sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə ötən dövr ərzində
beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirə edilmiş, münaqişənin həlli
istiqamətində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Bir çox beynəlxalq təşkilatların
vasitəçiliyi və təşəbbüsü ilə keçirilmiş görüş və danışıqlarda Ermənistanın
beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun
qaçırması, nəticə etibarı ilə danışıqların gedişində irəliləyişin əldə edilməsinə
imkan vermədi. Nəticə verməyən danışıqlar taktikası Azərbaycanı qane edə bilməzdi.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları
nəticəsində və noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamə ilə azad olunan
torpaqlar üzərində Azərbaycanın suverenliyi bərqərar olunmuş, Azərbaycan
Respublikasının ərazi bütövlüyü bərpa edilmişdir.Üçtərəfli Bəyannamə ilə Ermənistan
götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyi üçün 2021-ci ildən Rusiya və
Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycan sülhə,
təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirərək sülh müqaviləsinin
hazırlanması məqsədi ilə beş baza prinsipini təqdim edib və Ermənistan bu
prinsipləri qəbul edib.Azərbaycanın təqdim etdiyi beş baza prinsipi, güc tətbiq
etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin
toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili
işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.
Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının bu
gün səmərəli olmamasını diqqətə çatdırması bir daha Azərbaycan Prezidentinin cəsarətindən
və qətiyyətindən xəbər verir. Bu qurumun əsası qoyulandan bəri dünyada ilk dəfə
baş vermiş hadisə 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi
yolla bərpa etməsi oldu. Azərbaycan Təhlükəsizlik Şurası qətnamələrinin
icrasını özü təmin etdi.
Zirvə
toplantısında Azərbaycan tərəfindən daha bir mühüm təklifin irəli sürülüb:
“Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi
sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan
Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz
Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir. Eyni zamanda,
ölkəmizin sülhə doğru mühüm addımı da qeyd edilib. Münaqişənin bitməsindən qısa
müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və
suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib”.
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər