Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır
Türkiyədə
baş verən təbii fəlakətdən sonra başda Azərbaycan olmaqla, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Özbəkistan, həmçinin Şimali Kipr Türk Respublikası
Türkiyənin yardımına yetişdi, çıxış yolları ilə bağlı təşəbbüslərlə çıxış etdi.
Zəlzələdən sonra ən mühüm təşəbbüslərdən birini Azərbaycan Prezidenti İlham
Əliyev irəli sürüb.Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Dövlət
Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini təklif edib. Bu təklif
Türk dövlətlərinin zəlzələlənin nəticələrinin aradan qaldırılmasının müzakirəsi
baxımından çox effektiv idi. Bu səbəbdən Azərbaycan liderinin təşəbbüsü
Təşkilat üzvləri tərəfindən yektilliklə qəbul olundu.
Cənab Prezident İlham Əliyev türk
dövlətlərinin zirvə toplantısında çıxışı zamanı bildirib: “Türk dünyası türk
dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə
edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi
10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Dünyada elə bir məkan,
elə dövr yoxdur ki, orada türk izi olmasın. Tarixi torpağımız olan Qərbi Zəngəzurun
1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb
Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb
olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən
zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki
Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri,
tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya
indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə
bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və
UNESCO-dan müsbət cavab gözləyir”.
Prezident İlham
Əliyev türkdilli dövlətlər arasında münasibətlərin dərinləşməsində, təşkilatlanmasında,
həmrəylik nümayiş etdirilməsində əhəmiyyətli işlər görür. Bu gün qürurla deyə
bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı (TDT) regional güc mərkəzinə
çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir.Azərbaycan
Türkiyə ilə birliyini nümayiş etdirməklə dostları qürurlandırır,
düşmənlərə isə göz dağı verərək vahimələndirir. Ancaq
hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin
təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni
və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət
göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə
birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir. Bu gün dünya bir
daha Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi
Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətlərinin sönməz, əbədi
olduğunun şahidi oldu və heç şübhəsiz ki, bu birlik dosta sevinc, düşmənə göz
dağıdır!
Oktay Kərimov,
YAP
Neftçala rayon təşkilatının veteran üzvü
Digər xəbərlər