Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır.

2023-05-11 Baxış: 236
img

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açıldı. Rəşadətli Ordumuz  üzərinə düşən missiyanı yüksək səviyyədə həyata keçirdi. Müzəffər Silahlı Qüvvələrimizin ön xətdə uğurlu döyüş əməliyyatları və Prezident İlham Əliyevin müdrik diplomatik gedişləri sayəsində üç onillik ərzində düşmənin nəzarətində qalan torpaqlarımız hərbi-siyasi yolla işğaldan azad edildi.Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər Vətən müharibəsində qazandığımız uğurların nəticəsidir. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verilmişdir. İrimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə həyata keçirilir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, bu bölgələrdə zəruri quruculuq işlərinin aparılması ölkəmizdə prioritet istiqamət kimi müəyyən edilmişdir və bu, uğurla davam etdirilir.Tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında -"Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır” - söyləyən dövlət başçısı bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış keçmiş köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri, ən qısa zamanda görülən işlər  belə deməyə əsas verir ki, çox keçməyəcək, bu torpaqlarda həyat qaynayacaq, həmin ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.  İki ildən artıq müddət ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırılmış, eyni zamanda yenilərinin təməli qoyulmuşdur.

Aynurə Aslanova,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədri