Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir.
Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı
liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə
əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu
da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus
yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən
dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur.
İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin
təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi
daxili və xarici siyasət xətti dayanır.
XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan
Heydər Əliyev bu tarixin həm də ən şərəfli səhifələrinin müəllifidir.Ulu öndər
dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara
qırılmaz tellərlə bağlı olub.Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin
mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən
strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.
Müstəqillik ideyasının əsasında duran vacib hərəkət
verici qüvvələrdən biri də milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları
üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını
qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş,
itirilməkdən xilas etmişdir.Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli
oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət
mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların
atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli
varlığımızın deyil, həm də dövlət
quruculuğu prosesinin mühüm atributu hesab edirdi.Mənsub olduğu xalqın tarixi
keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə ən yüksək dəyər verən ulu
öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən
yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi
dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini
daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi
əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.Məhz bu mənada, 1969-1982- ci illər ərzində
Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji
müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində
çıxış etmişdir.Milli- ideoloji siyasətin tərkib hissəsi kimi , 1978- ci ildə
ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in
Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi
daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin
mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.
İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı
və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir
cəsarətinə, sərbəst qərar qəbul etmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu
siyasi xadimlərindən biri kimi tanınır, sevilir, öyrənilir və daima tədqiq
edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil
Azərbaycan Respublikasıdır. Dövlətçiliyimizin Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq məfkurəsinin şüurlara
hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinə, strateji
hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan dövlətçiliyinin və xalqının
taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici
məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və
müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi
olaraq bu gün də uğurla davam etdirilir.
Mətanət
Quliyeva,
YAP
Neftçala rayon təşkilatının gənci
Digər xəbərlər