23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1918-ci il mayın 28-də Azərbaycan
xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli
respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət
quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək,
xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla
Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik
dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın
müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik
respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz
müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına
əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti,
hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində
mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər
sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması
istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin
qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi,
iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin
təsbit edilməsində əsaslı rol oynamışdır.
Mövcudluğunun ilk günlərindən xalq
hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq
Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini,
sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı
təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı
işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan
müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Ulu Öndər dəfələrlə bildirmişdir ki,
“Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq
Cümhuriyyətinə borcluyuq. İlk demokratik cümhuriyyətin yaranması gününü əziz
tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan
etmişik və bu bizim milli bayramımızdır”.Ulu Öndərin gərgin əməyi və qətiyyəti
sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz
layiqli yerini tutmuşdur.
Bizləri ən yüksək məqama -
müstəqilliyə qovuşdurdu...
Heydər Əliyevin ideyalarını,
siyasətini bu gün onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev uğurla
davam etdirir.
Ülviyyə
Abdullayeva,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər