Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur.
Mayın
25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri
çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə
iclasında qonaq qismində iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinin
növbəti nümunəsidir.
Prezident
İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq 30 ildir ki, Ermənistan
istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını inkişaf
etdirir. Ölkələr arasında iqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir
və münasibətlərin möhkəmlənməsi davam edir. Təkcə 2022-ci ildə Azərbaycanın
Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard
dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi
daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın
xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat yollarının coğrafi kəşisməsində yerləşir. Bu vacib geostrateji amil və
ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu
bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Dövlət başçımızın
qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət
donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz
Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon
tona çatacaq.
Məlumdur
ki, Azərbaycan artıq uzun illərdir ki, bölgədə həyata keçirilən və strateji əhəmiyyət
daşıyan mühüm beynəlxalq logistik layihələrin ən fəal iştirakçısı, bəzilərinin
isə həm də təşəbbüskarıdır. Azərbaycan həmçinin “Şimal-Cənub” nəqliyyat dəniz
layihəsinin fəal iştirakçısıdır. Eləcə də beynəlxalq dəmiryolu marşrutlarının
bir hissəsi olmaqla, bütün regionun sürətli inkişafına səbəb olacaq və ölkəmizin
əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin
yaradılması təşəbbüsünün müəllifi də məhz Azərbaycandır.
Azərbaycan
dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar
absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü
fantaziyaya malik olmaq lazımdır. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz
dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə
tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər.Ermənistanın
rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh
sazişinə nail olmaq üçün imkanlar var.Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və
Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış
məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı
kontingentinin postundan 20 metr aralıda yerləşir.
Beləliklə,
Moskvada keçirilən son görüşdə Azərbaycan lideri ölkəmizin iddialarını tam şəkildə
təmin etmiş oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın
milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.
Fətəli Hüseynov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər