Ermənistanın Azərbaycana qarşı törətdiyi “mina terroru.”
Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən
biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər
Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən
minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər
və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar da basdırıblar.
2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak
olub və ya müxtəlif dərəcəli xəsarət alıb.
Məhz Ermənistanın çirkin “oyunları”nın nəticəsidir
ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad
olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması
keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl
olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların
aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində
fasiləsiz olaraq çalışırlar. Əfsuslar olsun ki, həyata keçirilən irimiqyaslı tədbirlər
nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni
məlumatlara şahidlik edirik. Ermənistan mənfur xislətinə sadiq qalaraq, ölkəmizə
minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi isə
cəmi 25 faizdir. Bununla da Ermənistanın əsas məqsədlərindən biri, işğaldan
azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına
qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.
“Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi,
günahsız insanların ölümünə yol açması onun öz terrorçu mahiyyətindən imtina
etmədiyini, bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyini göstərir. Diqqəti
cəlb edən məsələlərdən biri də odur ki, 2020-ci il sentyabrın 27-də başlayan
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tank və piyada əleyhinə mina
istehsalını sürətlə artırdı. Buradaca bir faktı da qeyd etmək yerinə düşərdi.
Belə ki, müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad
olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını dolu mina basdırdığını etiraf
etmişdi.
Ermənistan
Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində ümumilikdə 1 milyondan
çox mina basdırıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr
arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı
olub. Vətən müharibəai başa çatandan bu günədək isə 300-dən
çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını
itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan
jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması
faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq
təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan
hüquqi məsuliyyət daşımalıdır.
Əfsanə Abdullazadə,
YAP Neftçala rayon təşkilatının üzvü
Digər xəbərlər