Düşmənin gözünə qorxu salan birgə hərbi təlimlər
Bütün sahələrdə
olduğu kimi Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi
sahəsində də məqsədəmüvafiq işlər həyata keçirilməkdədir. Bu hərbi əməkdaşlığın
böyük tarixi vardır. Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti
dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müstəqilliyimizin ilk
illərində tarixi zərurətə çevrilmişdi. Azərbaycanın hərbi təhlükəsizliyinə
böyük təhdid yaranmış həmin mövcud vəziyyətdə hərbi-siyasi müttəfiqlərin
əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində, işğal olunmuş torpaqların azad
olunmasında, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında Türkiyənin
mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük Vətən müharibəsi bütün
dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində bizə ən
böyük dəstək verən ölkə qardaş Türkiyə olmuşdur. Qardaş Türkiyə və qardaş türk
xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz
dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi tərəfindən verilən açıqlamalar bizə
çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt
unutmayacağıq. Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud olmuş hərbi
əməkdaşlıq əlaqələri bu gün də öz inkişaf mərhələsində davam edir. Müxtəlif dövrlərdə Türkiyə ilə
birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və
taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. II Qarabağ müharibəsi
zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab
olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi
aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin
(National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq
Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi
taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan
Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Türkiyə
Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə
qərarlıdır. Türkiyə
bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi
əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi
təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün
sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx
münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn
xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb
edir.Ta qədim zamandan iki qardaş dövlət Türkiyə və Azərbaycan arasında mövcud
olan qardaşlıq əlaqələri, eləcə də hərbi-strateji əlaqələr bu gün öz inkişaf
mərhələsindədir. Və biz inanırıq ki, bu iki dövlət arasındakı əlaqələr bundan
sonra da möhkəmlənərək daha da inkişaf edəcəkdir.
Mehrac
Gözəlov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər