İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi.
Prezident Rəcəb Tayyib Ərdoğanın 44 günlük İkinci
Qarabağ müharibəsinin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun
yanındadır” söyləməsi xalqımıza siyasi, mənəvi dəstək oldu. Azərbaycan 30
illik işğala 44 gündə son qoymaqla hansı imkanlara malik olduğunu dünyaya
nümayiş etdirdi. Müharibənin başlandığı andan xarici mətbuata çoxsaylı müsahibələrində
dövlət başçısı İlham Əliyev Qələbəmizə böyük əminliyini ifadə edərək, Azərbaycanın
gələcəyə hansı hədəflərlə getdiyini açıqladı. Təbii ki, bu inam, ölkəmizin
malik olduğu imkanlara, ordumuzun gücünü, Qarabağ münaqişəsinin həlli üçün möhkəm
hüquqi bazanın mövcudluğuna əsaslanırdı. Azərbaycan 44 gündə tarixi Zəfərə imza
atmaqla dünya hərb tarixinə yeni səhifə yazdı.
Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində
bu mühüm məqam xüsusi yer tutur ki, qardaş Türkiyə 44 gündə Azərbaycanı tək
qoymadı, eyni zamanda, tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş miqyas almasında bu birlik öz
sözünü dedi. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında iştirak
edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Türkiyə və
Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad,
inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün
mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni
ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.
Təbii ki, Azərbaycan-Türkiyə
qardaşlığından irəli gələn mühüm addımları xeyli sayda sadalamaq olar.
Qarşılıqlı səfərlər bu əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol
oynayır. Hər bir səfər müəyyən istiqamətlərin inkişafına xidmət edən sənədlərin
imzalanması ilə yadda qalır. Daim bir yerdə olmaq, bir-birinə dəstək göstərmək
etimad mühitinin göstəricisidir. Ən çətin, eyni zamanda, sevincli anlarda
bir yerdə olan iki qardaş ölkə dünyaya birliyin, həmrəyliyin modelini təqdim
edir. Bu gün qürurla qeyd edirik ki, Türkiyə Prezidenti üçün yalnız paytaxt
Bakı deyil, bütün bölgələrimiz maraqlıdır. Prezidentlər Rəcəb Tayyib
Ərdoğan və İlham Əliyev Naxçıvanda imza atdıqları sənədlər, qarşıya qoyduqları
hədəflər fonunda dünyaya mesajlarını çatdırdılar: Türk dünyası böyük qüvvədir.
Ülviyyə
Abdullayeva,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər