“Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər.”
Sentyabrın
25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Hər iki dövlət başçısının çıxışlarında bir daha bəyan edilib ki, Azərbaycanla
Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və
Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini
nümayiş etdirmişlər. Dövlətimizin başçısı deyib: “Son 18 il ərzində həm
Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Biz hər
yerdə, hər addımda görürük ki, ölkəmizdə Türkiyəyə nə qədər böyük sevgi və
məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu,
daha da artdı. Azərbaycan xalqı aydın gördü ki, onun əsl dostu, qardaşı kimdir.
Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir.
Tutduğumuz bu yol əbədi olmalıdır.”
Cənab İlham Əliyev bildirib ki, səfər zamanı imzalanmış sənədlər
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan
qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir
və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini
daha böyük ölçüdə təmin edəcək.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir
yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş
vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət
mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında
və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan
elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika
Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi
arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması dövlətlər
arasında münasibətlərin səviyyəsini və inkişaf dinamikasını nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözügedən sənədlərin izalanmasından
sonra bəyanatındada mühüm mesajlar öz əksini tapıb: “Son günlərdə bölgəmizdə
kritik proseslər yaşandı. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra keçən
üç ilə yaxın müddətdə dəfələrlə ifadə etdiyi legitim və haqlı narahatlıqları
ilə bağlı lazımi cavabı təəssüf ki, tapa bilmədi, nəticədə özünün suveren
ərazilərində antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Bu
tədbirlərin son dərəcə qısa müddətdə, mülki şəxslərin hüquqlarına yüksək
həssaslıq göstərilərək uğurla başa çatdırılması bizim üçün qürur mənbəyi
olmuşdur. Tədbirlər zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət,
yaxınlarına başsağlığı diləyirəm. Yaralılarımıza tezliklə şəfa tapmalarını
arzulayıram.”
“Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbəsi, həm də mülki şəxslərə göstərdiyi humanist davranışı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Aynurə
Aslanova,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədri
Digər xəbərlər