İkinci Qarabağ müharibəsinin başlanması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi
Sentyabrın 29-da BMT-nin Məskunlaşma
Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri
çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə
mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış
mərasimi keçirilib.
Dövlətimizin başçısı
tədbirdə çıxışı zamanı bildirmişdir ki, “İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal
siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu
gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər
zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa
edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində
bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən,
ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda
yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün
Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu
torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu
torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə
öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə -
davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti
ilə bağlı ümidlər də tədricən boşa çıxdı.”
Bu
gün “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan torpaqlarımızda
yenidənqurma və bərpa işləri intensiv şəkildə davam etdirilir. Şərqi Zəngəzurla
yanaşı Qarabağ iqtisadi rayonunda da əhalinin məskunlaşma prosesinə start
verilib. Füzuli şəhərinə köç davam edir. İlin sonuna qədər Füzulidə 800, ümumilikdə
Qarabağda isə 2000 ailənin məskunlaşması nəzərdə tutulub”.
Ölkə
başçısının son səfəri də bir daha sübut edir ki, Zəngilanda yenidənqurma
işlərinə çox ciddi diqqət ayrılıb. Forumda çıxış edən ölkə başçısı İlham
Əliyevin də qeyd etdiyi kimi, “Zəngilanın Baş planına uyğun olaraq bir neçə
yaşayış layihəsi icra olunmaqdadır. Zəngilanda artıq böyük bir məktəb inşa
edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən
məhv edilən qədim məscidin yanında inşa edilib.”
İşğaldan
azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər
və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində görülən işlər
təqdirəlayiqdir. O cümlədən, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin
diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq
tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma Forumlarının təşkil
edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi müstəsna
əhəmiyyət kəsb edir.
Elvin Əlizadə,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər