Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndində olub
2023-10-16
Baxış: 283

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.



×
Digər xəbərlər



