Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
2023-10-16
Baxış: 320

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
AZƏRTAC xəbər verir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.
Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.



×
Digər xəbərlər



