Azad olunmuş ərazilər.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz
səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə
sabitliyin qorunmasına verdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin
76 faizdən çoxu İlham Əliyevə səs verərək Onu Prezident seçdilər. Beləliklə,
Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi
kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən
xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.
Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və
sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin
olmadığını göstərdi.
Demokratik
inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi
Azərbaycanda işlək və təhdidlərə qarşı immuniteti olan siyasi sistem bərqərar
olundu. Ardıcıl siyasətə gəlincə ölkədə sistemli olaraq həyata keçirilmiş
məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və
hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində
parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Cənab Prezident İlham Əliyevin iyirmi illik
fəaliyyətinin ən şah əsəri 44 günlük Zəfər müharibəsi və separatizmin ləğv
edilməsidir. Bu starteji siyasətin uğur qazanılması uzunmüddətli zərgər
dəqiqliyi ilə hesablanmış siyasi təfəkkürün məhsuludur. Bu strategiyanın
əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Müstəqillik
tariximizin ən parlaq səhifəsini yazmaq üçün 2020-ci ilin 27 sentyabrında çətin
və şərəfli bir yola çıxdıq. Böyük Qələbə uzun illər ərzində davam edən
hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan
addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət
Azərbaycanı Qalib ölkəyə çevirdi.
Ərazi
bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah
əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə
əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv
edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət
və beynəlxalq hüquq bərpa olundu. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır
və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bütün dünya
şahidi oldu ki, Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.
Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan
Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan
Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında
atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat
imzalayıblar. Bu, 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam
edən işğalına son qoydu. – Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid
olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Azad olunmuş
ərazilərə gəlincə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda
başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4
qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi,
Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd,
Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi,
Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı
rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və
Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz,
Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Telman
Quliyev,
YAP
Neftçala rayon təşkilatının veteran üzvü
Digər xəbərlər