1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır.

2023-10-20 Baxış: 282
img

Suverenliyimizin bərpası, Ağdərə, Xankəndi, Xocalı, Xocavənd, Əsgəranda dövlət bayrağımızın ucaldılması Azərbaycanın 200 illik tarixində əldə etdiyi ən böyük qələbədir.

Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Həqiqətən də tarixə nəzər salsaq görərik ki, 1969-cu ildən 1982-ci ilə qədər bir dəfə də xoşagəlməz hala rast gəlinməyib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng Su Anbarı, Suqovuşan Su Anbarı inşa edilib. O vaxt böyük investisiyalar qoyuldu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, ali məktəb yaradıldı və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edildi.

1969-1982-ci illərdə Qarabağda heç bir ayrı-seçkilik, diskriminasiya da olmayıb. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Azərbaycanda erməni dilində qəzet dərc edilirdi, yəni, o illərdə olub və o illəri də kənara qoya bilmərik.

Ermənistanın bütün revanşist qüvvələri Azərbaycanın yaratdığı reallıqları qəbul etməlidir. “Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”, - deyə Prezident İlham Əliyevin Xankəndində çıxışında bildirib.

Ülviyyə Abdullayeva,

YAP Nefçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri