Biz istədiyimizə nail olduq.
“Biz bu
gün buradayıq, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı
altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”. Prezident İlham Əliyev
oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən bu
fikirləri çıxışında səsləndirib. 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi bu
təsirli səhnəyə şahidlik etdi. Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız
Xocalı, Xocavənd, ümumən, Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan
olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlamaqla,
hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin
göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Elə ona görə də Prezident
İlham Əliyev böyük qədirbilənliklə yada salır: “Bu gün Ulu Öndərin, bizim bu
günümüzü görməyən bütün hə-yatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını
şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olublar”.
Heydər
Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı başımıza gələcək bəlaların qarşısını aldı.
Ölkəmiz müstəqilliyini itirməkdən xilas oldu. Eyni zamanda, işğaldan qurtuldu
da deyə bilərik. Nəzərə alaq ki, erməni millətçiliyinin planları yalnız həmin
vaxtadək işğal edilmiş ərazilərlə məhdudlaşmırdı. Prezident İlham Əliyev də
çıxışında bu məqama toxundu. Dövlətimizin başçısı həmin millətçilərin Bakı küçələrində
tank sürmək, çay içmək niyyətlərini xatırlatdı. Bütün bunları həyata keçirmək
“istəkləri” aktual idi. Yəni, Ermənistanın əli ilə Azərbaycan dövlətçiliyi üçün
böyük qəsd planı hazırlanmışdı. Heydər Əliyev məhz belə məkrin qarşısını alması
ilə də tarixə düşəcək şəxsiyyətdir. Ulu Öndər Azərbaycanı təkcə bəlalardan
sığortalamadı, eyni zamanda, sürətli, dönməz inkişaf yoluna çıxartdı. Elə bir
yola ki, o yolda əvvəldə bildirdiyimiz kimi, həm Qarabağ ideoloji məfkurə
halına gəldi, həm də bu məfkurə naminə mübarizə əzmi möhkəmləndi. Nəhayət,
2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə
yeni start verildi. İyirmi illik yol başlandı.
İlham
Əliyevin Qarabağ yolu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük
etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt
doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan
dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü
qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam
ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr
icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan
xalqı “Allaha şükür!” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər
birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”.
Elşən Hətəmov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər