“Əkinçi” ilə başlanan Milli Mətbuatımız

2021-07-17 Baxış: 791
img
Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulmuşdu. Ümumilikdə 56 sayı buraxılmış qəzetin nasiri, redaktoru  Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı. Qəzet maarifçilik ideyasının inkişafinda, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.  "Əkinçi" özündən sonra bir sıra milli mətbuat nümunələrin nəşrinə cığır açdı. "Əkinci" qəzetində  mədəniyyətin, ədəbiyyatin, incəsənətin inkişafına, aid materiallar dərc edilirdi. Qəzetin qazandığı ən böyük uğur xalq dilinə yaxın, sadə və səlis olması idi. "Əkinçi" qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncəyə, həyat və məişətin bütün sahələrinə uyğun maarifləndirmək idi. XXəsrin əvvəllərindən, 1905-ci ildən başlayaraq, Bakıda mətbuat sürətlə inkişafa başladı. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu.Qəzetlərdən çoxunun ömrü qısa olsa da elə qəzetlər vardı ki, istər ölkə daxilində və istərsə də xarici ölkələrdə öz yüksək dəyərini qoruyub saxlayırdı. “Molla Nəsrəddin”, ”Füyuzat”  jurnalları Yaxın və Uzaq Şərqdə özünə coxlu abunəçi toplamışdı. "Molla Nəsrəddin" Azərbaycan dilinin saflığı uğrunda  mübarizə aparırdı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra  mətbuatın inkişafında da  dönüş yarandı. Azərbaycan mətbuatının sürətli inkişafı Respublikamızda dünya standartlarına cavab verən müstəqil informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 650-dən çox müxtəlif  qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının inkişaf yolunda olmasına dəlalət edir. Bu gün Azərbaycan jurnalistikası söz, fikir azadlığının yaradılmasını  özündə əks etdirən, insan hüquqlarına hörmət edən ölkə kimi taninir.
              Növrəstə Əliyeva
              Neftçala rayon sakini