QƏRBİ AZƏRBAYCANLILARIN HÜQUQLARININ BƏRPASI MƏSƏLƏSİ YÜKSƏK TRİBUNADA.

2025-07-08 Baxış: 17
img

İyulun 4 - də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17 - ci Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların Ermənistandan deportasiya məsələsinə toxunaraq bunları söylədi:

"Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.

Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək."

 

 

         Zərəngiz Abasova,

         YAP fəalı, Hacıqabul rayon Qarasu kənd tam orta ümumtəhsil məktəbinin direktoru.