Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır.

Azərbaycan
xalqı öz qədim tarixi boyunca çoxsaylı sınaqlardan keçmiş, böyük məhrumiyyətlər
yaşamış, lakin heç vaxt haqqını tələb etməkdən, mübarizə aparmaqdan imtina etməmişdir.
Ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması Azərbaycan
tarixinin ən faciəli və ağrılı səhifələrindən biri olsa da, xalqımız və dövlətimiz
bu işğalla heç vaxt barışmamış, əksinə, hər zaman torpaqlarını azad etmək əzmini
nümayiş etdirmişdir.1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları nəticəsində, 1992-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsi
zamanı Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olundu. Minlərlə insan şəhid oldu,
yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Şəhərlər, kəndlər,
mədəniyyət abidələri, məscidlər dağıdıldı, torpaqlar talan edildi.
Lakin
bu faciələrə baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarını unutmadı, onları azad
etmək üçün milli birlik və iradəsini daim qorudu. Azərbaycanın dövlət rəhbərliyi
beynəlxalq tribunalarda, siyasi platformalarda işğal faktını davamlı şəkildə
gündəmdə saxladı, beynəlxalq təşkilatların müvafiq qətnamələri qəbul edildi və
diplomatik mübarizə aparıldı.
44
günlük Vətən müharibəsi və Qələbə.Azərbaycan xalqının və dövlətinin bu möhkəm
iradəsi və dözümü 2020-ci ilin payızında öz bəhrəsini verdi. 27 sentyabrda
başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu
işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. Şuşa başda olmaqla
Qarabağın ürəyi geri qaytarıldı və Ermənistan kapitulyasiya aktına imza atmağa
məcbur oldu.Bu Qələbə göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla
barışmayıb və heç vaxt barışmayacaq. Dövlətimizin güclənməsi, xalqımızın
birliyi və vətənpərvərliyi sayəsində 30 ilə yaxın çəkən ədalətsizlik aradan
qaldırıldı.
Azərbaycan
xalqı üçün Vətən müqəddəsdir. Bu torpaq üçün canlarını fəda edən şəhidlərimizin
xatirəsi xalqımızın və dövlətimizin ürəyində əbədi yaşayacaq. Qarabağda və digər
azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, insanların öz doğma
yurdlarına qayıtması sübut edir ki, biz bu torpaqların həqiqi sahibləriyik və
heç vaxt başqa cür olmayacaq.Azərbaycan xalqı və dövləti həmişə öz torpaqlarını
qoruyacaq, heç vaxt işğalla barışmayacaq və ədaləti müdafiə etməyə davam edəcəkdir.
Arzu
Abdullayeva,
Hacıqabul
rayon Mərkəzi Kitabxanasının əməkdaşı, YAP fəalı.
Digər xəbərlər



