Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

2022-04-08 Baxış: 281
img

       Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Eyni zamanda deyə bilərik ki, rəsmi Bakı həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir, böyük güclər arasında sülh missiyasını yetirinə yetirir. Belə ki, Azərbaycan Rusiya və Ukrayna arasında sülhün əldə olunması üçün tərəflərə öz təkliflərini verib. Bundan əlavə, Türkiyə və İsrail münasibətlərinin normallaşmasında da Bakının böyük rol oynaması danılmazdır.14 il sonra reallaşan Türkiyə-İsrail münasibətlərindəki istiləşmə region üçün müsbət məqamlar vəd edir. Xüsusilə, proseslərin fonunda Azərbaycan diplomatiyasının dünyada yerinin və dövlətlərarası münasibətlərdə əhəmiyyətinin möhkəmləndiyi aşkar görünür. Həm İsrail, həm Türkiyə ilə yaxın münasibətləri olan Azərbaycan bu yaxınlaşmada böyük paya sahibdir.Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşmasına çalışmaqla yanaşı, Ukraynada davam edən müharibənin sülhlə əvəzlənməsinə də çağırış edən ölkələrdən biri oldu. Hərbi əməliyyatların danışıqlar masasına qaytarılması üçün vasitəçilik təklif etməklə Azərbaycan Rusiya-Ukrayna münasibətlərinin də normallaşmasına cəhd göstərdiyini nümayiş etdirdi.Bütün bunlara diqqət etdikdə, Azərbaycan diplomatiyasının dünyada yeri və rolunun möhkəmləndiyini, regionda söz sahibi olan ölkələrdən birinə çevrildiyini söyləyə bilərik.Azərbaycan qlobal böhranlar vəziyyətində öz təşəbbüsləri ilə seçilib. Bu fikrimizi əsaslandırmaq üçün bir neçə real nümunəni səsləndirə bilərik. Məsələn, pandemiya dövründə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələrin təmas qrupunun toplantısı keçirildi. Bu toplantı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü və qısa zaman kəsiyində dünya ölkələrinin, demək olar, hamısı bu təşəbbüsü yekdilliklə dəstəklədilər. BMT fəaliyyətdə olduğu zamanda belə sessiyaların sayı məhdud olub. Bunlardan birinin də Azərbaycan prezidentinin sayəsində keçirilməsi baş tutdu. Həqiqətən də, Azərbaycanın vasitəçiliyi sayəsində bu gün dünyanın bütövlükdə geosiyasi mənzərəsinə təsir göstərmək gücündə olan Rusiya-Türkiyə münasibətləri formalaşdı. Göründüyü kimi, Azərbaycanın bu iki ölkə arasında gərginliyin aradan qaldırılmasında oynadığı rol bütövlükdə dünya müstəvisində izini buraxmış oldu.Azərbaycanın həm Rusiya, həm Ukrayna ilə əməkdaşlıq, tərəfdaşlıq münasibətləri mövcuddur. Müsbət məqamlardan biri də odur ki, hər iki tərəf Azərbaycana böyük etimad göstərir. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ən güclü diplomatlarından biridir. Dövlətlərarası münasibətlərin ruhunu, onların inkişaf perspektivlərini olduqca dəqiqliklə görə bilir, müəyyənləşdirir. Buna uyğun dövlətimizin mövqeyini formalaşdırır. Bunun nəticəsidir ki, biz 44 günlük Vətən müharibəsində ciddi siyasi-diplomatik elementlərə söykənən platforma üzərində hərbi qələbəmizi qazandıq.

Qələbəmizin siyasi elementlərini sonrakı mərhələdə gücləndirməyi bacardıq. Azərbaycanın qələbəsi ilə bütün dünya barışmalı oldu, bunu qəbul etdi. Bütün bunlar Azərbaycanın diplomatik gücünün göstəricisi, diplomatik imkanlarının genişliyinə dəlalət edən amillərdir”.

Aytəkin Gözəlova,  YAP Neftçala rayon təşkilatının əməkdaşı