Azərbaycan mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində
Azərbaycan-Rusiya münasibətlərinə aydınlıq gətirib. Dövlətimizin rəhbəri
bildirib ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və
Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf
doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya
hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu
rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün
təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya
düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar
hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə
geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra
siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq
üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti
təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda
eniş etdi. Enişdən sonra qəza baş verdi. O, Rusiyanın hava hücumundan müdafiə
sistemi tərəfindən vurulub. Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş
verməməli idi və bu, faciəvi bir səhv idi.
Azərbaycan rəhbərliyi heç vaxt belə
hərəkət edə bilməzdi. Yaxşı yadımızdadır, 1920-ci il noyabr ayının 9-da
Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki
o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan
ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan
uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan
helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Biz həlak
olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz
istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular.
Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Daha sonra
Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə
yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə,
onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il
bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır.
Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin
korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və
hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və
təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik.
Elmira
Kazımova,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər



