Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün faydalıdır.

2022-04-25 Baxış: 313
img

Türkdilli dövlətlər arasında münasibətlər hər keçən gün daha da inkişaf edir. Artıq, türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Azərbaycan ilə Qırğızıstan münasibətləri  də,  qədim tarixə malikdir. Azərbaycan Qırğızıstanın mühüm tərəfdaşıdır və hər iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən illər ərzində hər iki ölkə   Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstəriblər. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, iki ölkə arasındakı münasibətləri intensivləşdirmək əzmində olunduğu bir daha nümayiş olundu.Səfər çərçivəsində siyasi ,iqtisadi,mədəni sahələrə dair  on mühüm sənəd imzalanmışdır. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Çünki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Eyni zamanda, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaq ki, bu da iki dövlətin proseslərə adekvat reaksiya vermək imkanlarını genişləndirəcək. Vurğulanan bütün platformalar üzrə əlaqələr, əməkdaşlıq real nəticələr verməklə yanaşı, yeni imkanları, yeni çağırışları da ehtiva edir. Misal üçün, bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir.Bildiyimiz kimi, Qırğızıstan yerləşdiyi çoğrafi məkanla əlaqədar,  dənizə  çıxışı yoxdur.Xarici iqtisadi əlaqələr əsasən dəmiryolu ilə qurulur. Cənibi Qafqazın lider dövləti olan Azərbaycan  ötən illər ərzində  nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırıb. Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri həyata keçirir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində  mühüm layihələrin icrası  üzrə işlər aparılır. Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür.Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən gəmidən ibarətdir.Nəqliyyat infrastrukturu əmtəə dövriyyəsi üçün vacib amildir. Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirmişdir: Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək”. Dövlət başçısı deyib ki, bu gün nəqliyyat infrastrukturu  və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu: “Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır”.Qeyd edək ki, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər də, qardaş, dost ölkələrin hər biri üçün yeni imkanlar doğurub.Nəqliyyat infrastrukturunun bir hissəsi, işğaldan azad olunmuş ərazilərimizdən də keçəcək. Özəlliklə, Zəngəzur dəhlizinin işə düşməsi ilə tam yeni, əlverişli ortam yaranacaqdır.

Rəhim İmanov, 

YAP Neftçala rayon təşkilatı Xıllı 2 Ərazi Partiya təşkilatının sədri