Qadın güləşinin yüksəlişi və milli komandada birlik ruhu gələcək uğurların əsas təminatıdır.

Azərbaycan güləşində əldə
olunan uğurlar yalnız kişi idmançıların nəticələri ilə məhdudlaşmır, eyni
zamanda qadın güləşçilərimizin də beynəlxalq arenada qazandıqları nailiyyətlər
xüsusi diqqətə layiqdir. Qadın idmançılarımızın Avropa çempionatında medalçılar
sırasında yer alması ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyini və gənc
qızların güləşə marağının artdığını aydın şəkildə göstərir. Bu, həm də idman
siyasətinin inklüziv xarakter daşıdığını, bütün istiqamətlərin paralel şəkildə
inkişaf etdirildiyini təsdiqləyir.
Qadın güləşçilərin əldə
etdiyi nəticələr gələcək üçün böyük ümidlər yaradır. Bu gün artıq Azərbaycan
qadın güləşi yalnız iştirak səviyyəsində deyil, real nəticələr qazanan və beynəlxalq
rəqabətdə öz sözünü deyən bir sahəyə çevrilib. Əminliklə demək olar ki, yaxın gələcəkdə
qadın güləşçilərimiz qızıl medallara da imza atacaq və bu istiqamətdə əldə
olunan nailiyyətlər daha da artacaq. Mövcud potensial və hazırlıq səviyyəsi bu
nikbin proqnozları tam əsaslandırır.
Eyni zamanda qeyd etmək
lazımdır ki, bəzi hallarda daha yüksək nəticələr əldə etmək mümkün olsa da,
idmanda hər zaman müəyyən amillər, o cümlədən bəxt, yarışın gedişində buraxılan
xırda səhvlər də nəticəyə təsir göstərə bilir. Lakin bu məqamlar ümumi mənzərəni
dəyişmir. Əsas məsələ ondan ibarətdir ki, qadın güləşi üzrə artıq ciddi inkişaf
xətti formalaşıb və bu sahə həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi
istiqamətləri ilə birlikdə vahid sistem daxilində inkişaf edir.
Azərbaycan güləşində bütün
istiqamətlərin paralel şəkildə inkişaf etməsi ölkəmizin bu sahədə kompleks və
düzgün qurulmuş siyasət həyata keçirdiyini göstərir. Bu yanaşma nəticəsində güləş
yalnız müəyyən bir kateqoriyada deyil, ümumilikdə güclü idman məktəbi kimi
formalaşıb və beynəlxalq miqyasda rəqabətədavamlı mövqeyə malik olub.
Bununla yanaşı, milli
komandada mövcud olan yüksək ruh, sağlam ab-hava və komanda daxilindəki birlik
xüsusi vurğulanmalıdır. İdmançıların bir-birinə dəstək olması, hər bir qələbəni
ümumi uğur kimi qəbul etməsi komandanın gücünü daha da artırır. Bu mühit
idmançıların motivasiyasına müsbət təsir göstərir və onların daha yüksək nəticələr
əldə etməsinə şərait yaradır.
Milli komandanın vahid ailə
kimi formalaşması Azərbaycan idmanının ən mühüm üstünlüklərindən biridir. Bu birlik
və qarşılıqlı hörmət mühiti yalnız yarış meydanında deyil, ümumilikdə idman
sistemində sağlam və dayanıqlı inkişafın əsasını təşkil edir. Məhz belə bir
mühitdə yetişən idmançılar gələcəkdə də ölkəmizə yeni qələbələr qazandırmaq
potensialına malik olurlar.
Beləliklə, qadın güləşində əldə
olunan uğurlar və milli komandada mövcud olan birlik ruhu göstərir ki, Azərbaycan
güləşi bütün istiqamətlər üzrə inkişaf edir və gələcəkdə daha böyük nailiyyətlərin
əldə olunacağına ciddi əsaslar mövcuddur.
Gülmirə Səfərova,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala rayon
gənclər və idman sektorunun baş məsləhətçisi
Digər xəbərlər



