İRADƏNİ GÜCLƏNDİRƏN DƏSTƏK – XALQ ÖZ PREZİDENTİNƏ İNANIR!

2022-12-23 Baxış: 253
img

İnsanın seçdiyi, inamla getmək istədiyi yolda ayaqlarını torpaq üzərində möhkəm saxlayan nədir? Nədir onu gələcək fəaliyyətinin uğurla gerçəkləşəcəyinə, nəticələnəciyinə inandıran qüvvə? Məncə, bu yalnız və yalnız insanın ətrafında olan səmimiyyət dolu baxışlardır, ona zillənən inam dolu gözlərin işığıdır ki, necə olursa-olsun bu inamı təsdiqləmək, doğrultmaq istəyi heç bir çətinliyə baxmadan insanı dözümlü edir. Üzərinə düşən məsuliyyətin ağırlığını çəkməyə, çəkdikcə bir daha qarşısına çıxan müdriklik məktəbini pillə-pillə keçməyə səsləyir. Müstəqil Azərbaycanımızın qarış-qarış böyüməsinə, boy atmasına, sevənləri ilə yanaşı sevməyənlərinin də onu qəbul etməsinə zamanla pillə-pillə yaxınlaşan, tanıyan Müzəffər  Sərkərdəmiz, öz düşünülmüş siyasəti, dərin zəkası, Ulu Öndər Heydər Əliyev məktəbindən qazandığı təcrübə ilə irəliləyir. İrəlilədikcə də düşmənlərni öz bacarığı ilə geridə qoyur. Humanist, multikultural, tolerant dəyərlərinin bəhrəsi nə qədər  səmimiyyət dolu olsa da, sevməyənlər daim  saxtakarlıqlar arayırlar, uydurduqları saxtakarlıqda da özləri boğulurlar. 44 gün davam edən, 28 illik ağrılarımızın məlhəmi, səbrimizin ən qiymətli dəyəri olan zəfərimiz, xalqımızın ölkə rəhbəri əhatəsində sıx birliyinin, məhz bizi sevməyənlərə ən layiqli cavabı, tanımaq istəməyənlərə  isə dərs oldu. Cənab prezidentimiz İlham Əliyev məhz belə keşməkeşli bir ömür daşıyıb və bu gün də şərəflə daşımaqdadır. Öz xalqının önündə bütün ağrılarını duyaraq işıqlı sabahına inamla baxmaq fədakarlıq tələb edir. Çünki bu işıqlı sabah zülmətə bürünüş xainlərin saxta münasibətlərinin üzərindən adladıqca aydınlanacaqdır. Qnun  yolunda  məkrlilər itdikcə, bitdikcə parlayacaqdır. Asandırmı belə bir yola çxmaq? Əlbəttə ki, xeyr! Heç də, asan deyildir. Bəs nə üçün insan belə bir yükü daşımağa qalxır? Elə buradan da, biz öz sualımızın cavabını verə bilirik. Görülən iş, yürüdülən siyasətin nəticəsi az zamanda görünməz. Ona daha uzaqdan baxdıqca nə qədər məşəqqətli bir yolun başından gəldiyimizi aydın görürük. Bu yol Ulu Öndər Heydər  Əliyev yolu idi. Onu yarıda qoymaq olmazdı, ləyaqətlə başa çatdıra bilən oğul isə məhz İlham Əliyev idi. Atalardan yadigar örnək ömür xainlərin, xəbislərin ikrah yaradacaq məkrlərində dinə bilməzdi. Bu yolun aydınlığını qoruya biləcək, daşıya biləcək, sədaqətini göstərə biləcək  oğula ehtiyac var idi. Ata vəsiyyətinə etibarla yanaşan, onun yolunu sevərək davam etdirəcək oğula həvalə edilməli idi. Bəli, bu xalqımızın istəyi idi. Ağıllı insanlar bilirdi ki, hər kəs vətənsevər ola bilər. Lakin hər kəs bu dəyanəti, dözümü qoruya bilməz. Bunu yalnız o böyük amalın sədaqətli ardıcılı qətiyyətlə davam etdirəcəkdir. Məhz 2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidentliynə seçkilər keçirilən zaman xalqımız bu uzaqgörənliyə  gövəndi, israrla seçim etdi. Bu seçim dövlətimizin, xalqımzın tarixində zaman ötdükcə nə qədər doğru qərar olduğunu şəksiz göstərdi. İqtisadiyyatın inkişafı vətənimizin hər guşəsində yüksəlişə, tərəqqiyə təkan verdi. Bu müddət ərzində ordu quruculuğu da yüksəldi, ordunun təchizatı, mütəxəssis kadrarla təminatı yüksək səviyyədə həyata keçirildi. Bəzən biz bu ötən zaman əhatəsində neqativ hadislərin də baş verdiyini izləyirik. Lakin heç bir qüvə bizim əsas yolumuz üzərində maneə ola bilməz. Ağır daş kimi qarşımıza çıxa bilməz. Bu yol vətən yoludur, onun inkişafı, tərəqqisi, işıqlanan arzuların təcəlli etdiyi və edəcəyi yoldur! Biz yolumuzda olan bütün maneələri aradan qaldıraraq irəliləyirik. Və bu yolda Cənab Prezidentimizi əsl mahir siyasətçi, dövlət xadimi kimi görürük. Açıq-aşkar qərəzli suallar, müraciətlər, yerinə yetirilməyən öhdəliklər onun dəmir iradəsini qıra bilmir, bilməyəcəkdir. İnamını, dayağını xalqının səmimi münasibətindən, rəğbət və sevgisindən alan Cənab Prezidentimiz  bu gün də, sabah da yüksələn Azərbaycanımız üçün qətiyyətli addımlar atacaq, dövlətimizin tərəqqisi üçün əlindən gələni edəcəkdir. Bütün Avropa, Asiya artıq bunu görməkdədir! 2003-cü ildən bu günə qədər Azərbaycan bütün dünyanın nəzərində yeni bir ölkə kimi görünməkdədir. Sanki ölkəmizin üzərində illərlə çəkilməyən kölgələr bir parlaq günəş şüalarından çəkinərək zülmətə çəkilmişdir. Bu gün vətənimiz dünya ölkələrinin əksəriyyəti ilə səmimi dostluq münasibtlərini davam etdirməkdədir. Sabitlik işgüzarlığın davamlı olması üçün vacib amidir. Cənab Prezident bütün qüvvəsilə sabitliyin qornmasına çalışır. Lakin  “düşmən kimi” mövqe seçənlər, elə “düşmən kimi” də məhv ediləcəkdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Bizi  bu yoldan heç kim çəkindirə bilməz”. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətini bu gün də unutmur. Ulu Öndər xalqa müraciətində demişdir:: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, qurulmuş işi layiqincə davam etdirmək üçün hər zaman doğru seçim ən vacib qərardır. Bu gün biz minlərlə insanın Azərbaycanın 44 gün ərzində davam edən və qalibiyyətlə başa çatan qələbəsindən danışdığının şahidi oluruq. Azərbaycan haqq yolunda, öz ərazi bütövlüyünün qoruması, suveren hüquqlarının müdafiəsi istiqamətində daim mübarizə aparacaqdır. Bağlanılmış müqavilələr, keçirilən görüşlər, bütün diplomatiq əlaqələr yalnız sabitliyə, xalqımızın digər millətlərlə dinc münasibətlərinin tənzimlənməsinə proqnozlaşdırılır. Bu yolda xalqa arxalanan cənab Ali Baş Komandan deyir: “2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”. Bütün xalqımız inanır və güvənir ki, Ulu Öndərin  ideyaları ilə silahlanan, minlərlə şəhidimizin canı, qazilərimizin qanı ilə bütövləşən yurdumuz bundan sonra da, cənab Prezidentimiz  İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atacaq, gündən-günə çiçəklənəcəkdir. Bu gün işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri əziz vətənimizin, Azərbaycanımızın ağrılarına bir daha məlhəm olaraq daha xoş gələcəyindən xəbər verir.

                                                                   

          Bədirə Niftaliyeva,

          Neftçala rayon ziyalısı, publisist