Güclü maliyyə potensialı Azərbaycanın davamlı inkişafının və iqtisadi suverenliyinin təminatıdır.

Müasir
dünyada dövlətlərin gücü yalnız onların təbii sərvətləri və ya iqtisadi
imkanları ilə deyil, eyni zamanda maliyyə dayanıqlılığı, iqtisadi təhlükəsizliyi
və qlobal çağırışlara qarşı davamlılığı ilə ölçülür. Qlobal iqtisadiyyatda
müşahidə olunan qeyri-müəyyənliklər, geosiyasi qarşıdurmalar, enerji
bazarlarında baş verən dəyişikliklər və maliyyə böhranları göstərir ki, güclü
ehtiyatlara malik olmaq dövlətlərin müstəqil siyasət yürütməsi üçün vacib şərtlərdən
biridir. Maliyyə sabitliyi həm iqtisadi inkişafın davamlılığını təmin edir, həm
də ölkələrin xarici təsirlərdən asılılığını minimuma endirir.
Bu
gün dünyada bir çox ölkələr yüksək xarici borc yükü ilə üz-üzədir. Bəzi
hallarda dövlət borclarının həcmi ümumi daxili məhsulu üstələyir və bu vəziyyət
həmin ölkələrin iqtisadi qərarlarına, sosial siyasətinə və investisiya
imkanlarına ciddi təsir göstərir. Belə şəraitdə güclü valyuta ehtiyatlarına
malik olmaq, maliyyə resurslarını səmərəli idarə etmək və borclanma siyasətində
balansı qorumaq xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın
son illərdə əldə etdiyi iqtisadi uğurların əsasını da məhz bu amillər təşkil
edir. Ölkəmiz enerji resurslarından əldə olunan gəlirlərin düzgün idarə
olunması, makroiqtisadi sabitliyin qorunması və strateji ehtiyatların
formalaşdırılması sayəsində regionun ən dayanıqlı iqtisadiyyatlarından birinə
çevrilib. Dövlətin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində
maliyyə imkanları genişlənib, iqtisadi təhlükəsizlik möhkəmlənib və uzunmüddətli
inkişaf üçün etibarlı zəmin yaradılıb.
İyunun
1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham
Əliyev Azərbaycanın maliyyə gücünü xarakterizə edən mühüm göstəricilərdən birinə
diqqət çəkib. Dövlət başçısı bildirib ki, ölkəmizin strateji valyuta
ehtiyatları xarici dövlət borcunu 18 dəfədən çox üstələyir. Bu göstərici Azərbaycanın
maliyyə dayanıqlılığının, iqtisadi idarəetmədə səmərəliliyin və uzunmüddətli
inkişaf strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər.
Prezident
İlham Əliyevin vurğuladığı bu fakt təkcə iqtisadi statistika deyil, həm də ölkənin
siyasi və iqtisadi suverenliyinin mühüm göstəricisidir. Güclü maliyyə
ehtiyatları dövlətə iri infrastruktur layihələrinin həyata keçirilməsinə,
sosial proqramların maliyyələşdirilməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə
və strateji investisiyaların reallaşdırılmasına imkan verir. Eyni zamanda, bu
potensial beynəlxalq iqtisadi proseslərdə Azərbaycanın mövqelərini daha da gücləndirir.
Maliyyə
dayanıqlılığı Azərbaycanın enerji siyasətinin uğurları ilə də sıx bağlıdır. Son
onilliklər ərzində həyata keçirilən neft-qaz strategiyası ölkəyə böyük iqtisadi
dividendlər qazandırıb. Əldə olunan gəlirlər yalnız cari ehtiyacların ödənilməsinə
deyil, gələcək nəsillər üçün strateji ehtiyatların formalaşdırılmasına da yönəldilib.
Bu yanaşma Azərbaycanın iqtisadi modelinin əsas üstünlüklərindən biri hesab
olunur.
Bu
gün ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri də iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, qeyri-neft sektorunun inkişafını daha da genişləndirmək və yeni
iqtisadi imkanlar yaratmaqdır. Maliyyə ehtiyatlarının mövcudluğu bu istiqamətdə
həyata keçirilən islahatlar üçün etibarlı baza rolunu oynayır. İnnovasiyalara,
rəqəmsal transformasiyaya, sənayeləşməyə və insan kapitalına yatırılan
investisiyalar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib
hissəsidir.
Bakı
Enerji Həftəsində səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, güclü maliyyə
potensialı Azərbaycanın ən mühüm strateji üstünlüklərindən biridir. İllər ərzində
formalaşdırılmış iqtisadi baza ölkəmizin müstəqil siyasət həyata keçirməsinə,
qlobal çağırışlara adekvat cavab verməsinə və milli maraqlarını qətiyyətlə
müdafiə etməsinə imkan yaradır. Məhz buna görə də maliyyə sabitliyi Azərbaycanın
davamlı inkişafının, iqtisadi suverenliyinin və gələcək uğurlarının əsas təminatlarından
biri kimi çıxış edir.
Sədaqət
Gözəlova,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşilatının sədr müavini
“İODİCO”
MMC-nin mühasibi
Digər xəbərlər



