Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar.

2023-06-05 Baxış: 164
img

May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana etdiyi səfər ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Azərbaycan və İsrail Prezidentlərinin görüşündən sonra mətbuata bəyanatla etdiyi çıxışında möhtərəm dövlət başçımız cənab İlham Əliyev yəhudi icmasının Azərbaycanda əsrlər boyu yaşadığını, bunun bizim ölkənin böyük dəyəri olduğunu, Azərbaycan vətəndaşları olaraq yəhudi icmasının üzvlərinin ölkəmizin müasir inkişafına hər zaman mühüm töhfə verən insanlar olduqlarını xüsusi qeyd etmişdir. Bu gün ölkəmizdə yəhudilər əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunublar.Bu gün Azərbaycanda yəhudi icmaları ictimai həyatda fəal iştirak edirlər. Birmənalı olaraq deyə bilərik ki, bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycanın istər iqtisadi, istər siyasi, istərsə də mədəni həyatının mühüm iştirakçısı olmuş bu xalq yeni yaranmış Azərbaycan Respublikasının ərazi bütövlüyü və haqq yolu uğrunda apardığı mübarizədə də ən böyük dəstəkçisi kimi çıxış edir. Cənab Prezidentin də dediyi kimi “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.Azərbaycan-İsrail ölkələri arasında dostluq münsibətlərini daha da möhkəmlənəcək.

 

Xanım Kərimova,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədr müavini