17 oktyabr Füzuli şəhəri günüdür.

Füzuli
rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr
sırasında rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsi,
Aşağı Veysəlli kəndində Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsrlər qəbiristanlığındakı
türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini qeyd etmək olar. 17
oktyabr nəinki Füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi
qalacaqdır. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44
günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli
səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda
mübarizə aparmaq əzminin nümayişi oldu. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını
görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və
rahat olacaqdır.
Azərbaycan
Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq
layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox
ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən məqsədyönlü
və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə
dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi
aktivliyinin təmin olunmasına xidmət edir, həmin ərazilərin yüksək inkişaf
etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Ölkəmizin
Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində
qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.
Müzəffər Ali Baş Komandanımız çıxışında deyib: “44 gün ərzində biz təkcə öz ərazi
bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli
ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad
edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz
gözləri ilə görür.
Bizim
bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz
ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. Bundan sonra Azərbaycan
yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat
qayıdacaq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa
edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var”.Azərbaycan xalqı öz
böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan
xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı
yerinə yetirdik. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu möhtəşəm Qələbəni
böyük qürur hissi ilə qeyd edir.
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



