25 noyabr-Kəlbəcər şəhəri günüdür Kəlbəcərin tarixi, strateji və müasir inkişaf mərhələləri

“Kəlbəcər”
toponimi qədim türk dilində “çay üstündə qala” mənasını ifadə edir. Tərtər çayı
boyunca uzanan qədim süni mağaralar, 30 min illik yaşayış izləri, 6 min illik
qaya təsvirləri və qədim türk əlifbası nümunələri Kəlbəcərin Azərbaycanın ən qədim
insan məskənlərindən biri olduğunu sübut edir. Ərazidə müxtəlif dövrlərə aid
daş abidələr – erkən türklük, atəşpərəstlik, xristianlıq və VII əsrdən etibarən
İslam mədəniyyətinin izlərini əks etdirir.
Kəlbəcər
Azərbaycanın ən yüksək dağ rayonudur. Camışdağ (3724 m) və Dəlidağ (3616 m)
onun ən hündür zirvələridir. Rayon Ermənistanla sərhəddə yerləşməklə yanaşı,
Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonları ilə həmsərhəddir.
Ərazinin böyük hissəsi sıx meşələrlə örtülüdür.
1930-cu
ildə inzibati rayon statusu almış Kəlbəcərin işğala qədər 53 478 nəfər əhalisi,
3054 km² ərazisi, 1 şəhər, 1 qəsəbə, 145 kəndi və 55 inzibati ərazi dairəsi
mövcud idi.
2
aprel 1993-cü ildə rayon Ermənistanın silahlı qüvvələri tərəfindən işğal
edilmiş, 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir və itkin düşmüşdür. Kəlbəcər
əhalisi ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşmışdır.
Onlarla tarixi abidə, 97 məktəb, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, xəstəxanalar,
inzibati binalar və böyük maddi sərvətlər məhv edilmişdir.
30
aprel 1993-cü ildə qəbul olunmuş qətnamədə işğalçı qüvvələrin Kəlbəcər də daxil
olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxarılması tələb olunsa da, Ermənistan
bu sənədi icra etməmişdir.
1999-cu
ildən etibarən Kəlbəcər ərazisində beynəlxalq hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma
həyata keçirilmişdir.
2020-ci
ildə Vətən müharibəsi zamanı Kəlbəcərin şimal hissəsində mühüm strateji yüksəkliklər
Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilərək Ermənistan ordusunun hərəkət
imkanları məhdudlaşdırılmışdır.
Azərbaycanın
Qələbəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata
əsasən Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verilmişdir.
Təhvil
prosesi zamanı qeyri-qanuni məskunlaşan ermənilər Kəlbəcərdə yüzlərlə evi və təsərrüfatı
yandırmış, ekoloji və mülki infrastrukturda ağır dağıntılar törətmişlər.
26
noyabr 2020-ci il tarixli sərəncamla təsis edilmiş bu medalla Kəlbəcərin azad
edilməsində iştirak edən 9455 hərbi qulluqçu təltif olunmuşdur.
31
iyul 2023-cü il tarixli Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsdiq
edilmişdir.
2024-cü
il 1 may tarixli Qərarla təsdiq edilmiş Baş Plan şəhərin ərazisinin 130
hektardan 290 hektara, əhalisinin isə 7500-dən 17000-ə çatdırılmasını nəzərdə
tutur.
Plan
çərçivəsində:
4
məktəb, 4 uşaq bağçası
2
xəstəxana, 1 reabilitasiya mərkəzi
Yaşayış
fondunun 488 min m²-ə çatdırılması
Yaşıllıqların
ümumi ərazinin 22%-ni təşkil etməsi (adambaşına 33 m²) nəzərdə tutulur.
Kəlbəcər
şəhərində 524 ailəlik yaşayış məhəlləsi
201
ailə üçün mənzillər artıq hazırdır.
“Townhouse”
tipli 39 ev tikilib.
Növbəti
mərhələdə daha 323 ailənin yerləşdirilməsi planlaşdırılır.
547
fərdi ev, 528 şagirdlik məktəb və 100 nəfərlik uşaq bağçası planlaşdırılır.
Toğanalı–Kəlbəcər–İstisu
avtomobil yolunun tikintinin 87%-i tamamlanıb.
11,7
km uzunluğundakı Murovdağ tuneli — MDB-də ən uzundur.
Rayonda
tam yenilənmiş və yeni tikilmiş xeyli sayda kiçik su elektrik stansiyaları var.
80
min m² ərazidə yerləşən kompleks hotel, kotteclər, inzibati binalar və SPA mərkəzindən
ibarət böyük sağlamlıq turizmi layihəsidir.
İllik
istehsal gücü: 100 milyon butulkadan çox
1600
m yüksəklikdə, 60°C-dən artıq təbii termal su 2024-cü ildə tam istifadəyə
verilib. Təxminən 100 nəfər daimi işlə təmin olunub.
2021–2024-cü
illər ərzində dövlət başçısının səfərləri zamanı onlarca infrastruktur layihəsinin
açılışı və təməlqoyma mərasimləri keçirilmiş, mühüm strateji qərarlar qəbul
edilmişdir.
25
noyabr – Kəlbəcər şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün bərpasının, dövlətçilik
iradəsinin və müzəffər Qələbəsinin rəmzidir. Kəlbəcərdə həyata keçirilən iri
miqyaslı bərpa-quruculuq işləri bölgənin 2040-cı ilə qədər müasir, dayanıqlı və
yüksək yaşayış standartlarına malik bir şəhərə çevriləcəyini təsdiqləyir.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



