1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Bəzi
faciələr var ki, yalnız yaşandığı dövrün deyil, bütöv bir xalqın taleyinə təsir
göstərir. 20 Yanvar 1990-cı il hadisələri də məhz belə tarixi sınaqlardan biri
oldu. Uzun illər bu qanlı faciə sovet ideoloji basqısı və sonrakı siyasi
qeyri-sabitlik səbəbindən obyektiv hüquqi qiymətini ala bilməmişdi. Lakin Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi ilə bu tarixi ədalətsizliyə son qoyuldu.
1994-cü
il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə
ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi
qiymət verilməsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Bu qərar təkcə
keçmişə münasibətin ifadəsi deyil, eyni zamanda müstəqil dövlətin öz tarixi
qarşısında məsuliyyətinin bariz nümunəsi idi.
Faciədən
sonrakı ilk illərdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət,
hakimiyyət böhranları və dövlətçilik təcrübəsinin olmaması 20 Yanvar hadisələrinə
prinsipial yanaşmanı mümkünsüz etmişdi. Hadisələrin təşkilatçıları və
icraçıları məsuliyyətdən kənarda qalır, faciə siyasi manipulyasiya predmetinə
çevrilirdi. Xalq isə şəhidlərin xatirəsinə layiqli münasibətin formalaşmasını
gözləyirdi.
Məhz
belə bir tarixi məqamda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
dövlətçilik təfəkkürü bərpa olundu. 20 Yanvar hadisələrinə Milli Məclis səviyyəsində
verilən siyasi-hüquqi qiymət sovet totalitar rejiminin Azərbaycana qarşı törətdiyi
cinayətin açıq etirafı idi. Qəbul edilən qərarla bu faciə dövlət səviyyəsində
insanlığa qarşı törədilmiş ağır cinayət kimi təsbit olundu.
Bu
sənədin əsas əhəmiyyəti ondan ibarət idi ki, ilk dəfə olaraq 20 Yanvar hadisələri
emosional yanaşmadan çıxarılaraq hüquqi-siyasi müstəviyə keçirildi. Sovet rəhbərliyinin
məsuliyyəti açıq şəkildə göstərildi, hərbi müdaxilənin qeyri-qanuni və
konstitusiyaya zidd olduğu təsdiqləndi. Bununla da, tarixi həqiqət rəsmi dövlət
mövqeyi səviyyəsinə yüksəldi.
Heydər
Əliyevin bu məsələdə nümayiş etdirdiyi siyasi iradə milli yaddaşın
formalaşmasında həlledici rol oynadı. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi,
20 Yanvarın Ümumxalq Hüzn Günü kimi təsbit olunması və hadisələrin təhrif
olunmasına qarşı prinsipial mövqe məhz həmin siyasi-hüquqi qiymətin məntiqi
davamı idi. Bu addımlar Azərbaycan cəmiyyətində dövlət və xalq birliyini daha
da möhkəmləndirdi.
20
Yanvar faciəsinə verilən hüquqi qiymət, eyni zamanda, beynəlxalq ictimaiyyətə
ünvanlanan mühüm mesaj idi. Azərbaycan dövləti açıq şəkildə bəyan etdi ki, öz vətəndaşlarına
qarşı törədilmiş cinayətləri unutmur və tarix qarşısında susmur. Bu mövqe müstəqil
xarici siyasətin və milli maraqlara söykənən dövlət kursunun tərkib hissəsinə
çevrildi.
Bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də 20
Yanvar faciəsinə verilmiş siyasi-hüquqi qiymətin ideoloji xəttini davam
etdirir. Şəhidlərin xatirəsinin uca tutulması, milli təhlükəsizlik strategiyası
və suverenliyin qorunması həmin tarixi dərslər üzərində qurulub. Güclü dövlət
modeli məhz bu faciələrdən çıxarılan nəticələr əsasında formalaşıb.
1994-cü
il martın 29-da Milli Məclisin qəbul etdiyi qərar göstərdi ki, müstəqil Azərbaycan
dövləti öz tarixini özü yazır, öz həqiqətlərini özü müdafiə edir. 20 Yanvar
faciəsinə verilən siyasi-hüquqi qiymət yalnız keçmişin dəyərləndirilməsi deyil,
gələcək nəsillərə ötürülən milli yaddaş dərsidir. Bu dərs Azərbaycan xalqına
öyrətdi ki, şəhidlərin qanı unudulmur, tarixi ədalət gec də olsa bərpa edilir və
müstəqillik yalnız xatirə ilə deyil, siyasi iradə ilə qorunur.
Asif Bayramov,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədr müavini
Neftçala Olimpiya İdman Kompleksinin
direktoru
Digər xəbərlər



