Zərifə Əliyevanın elmi fəaliyyəti.

Zərifə
xanım Əliyeva aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunun Şaxtaxtı kəndində Azərbaycan milli-mənəvi dəyərlərinin gözəl incilərini
özündə qoruyub saxlayan alicənab bir ailədə - görkəmli dövlət xadimi Əziz
Əliyevin ailəsində dünyaya göz açıb. Zərifə Əliyevanın bir şəxsiyyət kimi
formalaşmasında və tərbiyəsində, eyni zamanda, gələcək həyatının düzgün və
doğru istiqamətdə qurulmasında onun ailəsi böyük rol oynamışdır. Xüsusən də, Zərifə
Əliyevanın bir şəxsiyyət kimi yetişməsində anası Leyli xanımın əməyi əvəzsiz
olmuşdur.
Zərifə
xanımın gənc yaşlarından musiqiyə böyük həvəsi olub. Lakin o, orta məktəbi
bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil oldu və buranı bitirdikdən
sonra Zərifə xanım təbabətin ən incə sahəsi olan oftamologiyanı seçdi. O, bu
sahədə işləyən zaman çox fəal elmi işlə məşğul olmağa başladı. Xüsusən də, o,
Azərbaycanın bölgələrində olan indiki Şirvan şəhərində traxomaya qarşı mübarizədə
fəal iştirak edib, traxomanın sintometsinlə müalicəsini apararaq, nəticədə, bu
işləri tibb elmləri namizədi dissertasiyası ilə başa çatdırdı. Bundan sonra Zərifə
xanımın elmi fəaliyyəti peşə xəstəliklərinə həsr olunub. Zərifə xanım Əliyeva
Bakıda fəaliyyət göstərən Kondisoner zavodunda laboratoriyanın açılmasına nail
olaraq, orada eksperimental işlər apararaq və bununla yanaşı, Azərbaycan elmi-tədqiqat
göz xəstəlikləri institutunun laboratoriyasında da çalışıb. Zərifə Əliyeva nəticədə
doktorluq dissertasiyasını müdafiə edib, gələcək işləri bu səpuidə aparıb.
Bundan başqa Zərifə xanım irididiaqnostika, diantologiya aid, həkimlərin xəstələrlə
münasibətlərinə və s. həsr olunmuş elmi işlərin də müəllifi olub. Zərifə
Əliyevanın 150-yə yaxın elmi işi və çap olunmuş 10 monoqrafiyası mövcuddur.
Bütün bunlarla yanaşı, Zərifə Əliyeva elmi fəaliyyətdən əlavə, çox fəal ictimai
işlərlə məşğul olub. O, eyni zamanda, bir sıra tibbi jurnal redaksiyalarının
üzvü kimi çalışıb. Zərifə Əliyeva bir neçə doktorluq dissertasiyasının elmi rəhbəri
və çox sayda namizədlik dissertasiyalarının da müəllifi olmuşdur. Zərifə xanım
oftamologiyanı, nəinki Azərbaycanda, eləcə də çox uzaq xarici ölkələrdə də
tanıtdırmışdır. O, daha çox Moskva alimləri ilə sıx əlaqədə idi və onlarla bərabər
elmi monoqrafiyalar yazırdı. Zərifə Əliyeva məhz bu işlərinə görə, SSRİ Tibb
Elmləri Akademiyasının akademiki M.İ.Averbax mükafatına layiq görülüb.
O,
həm alim, həm gözəl bir insan, eyni zamanda, çox qayğıkeş və sadə bir xanım
idi. Baxmayaraq ki, Zərifə xanım görkəmli bir ailənin nümayəndəsi idi, o, hər
bir kəslə öz dili ilə danışırdı. Akademik Zərifə xanım özünə və ətrafdakılara
qarşı çox tələbkar idi. O, hər cür laborant və doktorluq işlərini öz öhdəsinə
götürürdü. Zərifə xanım işlərini çox tələskən və vaxtında yerinə yetirən bir
insan idi.
Arzu
Zərbəliyeva,
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.
Digər xəbərlər



