Həyətində çətənə kolu yetişdirən Neftçala sakini saxlanılıb.

2019-08-15 Baxış: 1333
img

Neftçala rayon sakini E.Babayevə məxsus torpaq sahəsindən çətənə kolları, evinin yardımçı təsərrüfatından isə marixuana götürülmüşdür.


MAYAKİNFO xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xoltəzəkənd kəndi ərazisində kənd sakini E.Babayevə məxsus torpaq sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu, yaşadığı evin yardımçı təsərrüfatından isə 80 qram marixuana aşkar edilərək götürülmüşdür.