YAP Neftçala rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan
Partiyası Neftçala rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü
münasibətilə tədbir keçirilib
Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri
Ülvi Fərzəliyev, Neftçala Rayon İcra
Hakimiyyətinin Başçısının müavini Şaiq Məmmədov, YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədrləri, YAP veteranları və fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının
sədri Ülvi Fərzəliyev Azərbaycan dövlətçiliyinin
inkişafında partiyamızın xidmətlərindən danışıb. O, qeyd edib ki, Ulu Öndər
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib
və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan
Partiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu
Yeni Azərbaycan Partiyası bizim qarşımıza xalqımıza, dövlətimizə sədaqətlə
xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Ulu
Öndərin yeni bir paradiqma kimi cəmiyyətə təqdim etdiyi azərbaycançılıq məfkurəsi
xalqımızı ən çətin anlarda birləşdirən və həmrəy edən məhək daşına
çevrildi. 44 günlük Vətən müharibəsi dövründə biz bu ideyanın nə qədər dəyərli
və həyat qabilliyətli olduğunu bir daha gördük. Cənab İlham Əliyevin rəhbərliyi
altında YAP-ın ideoloji tezislərindən faydalanan bugünkü Azərbaycan sürətlə dəyişən
post-modern və digital dünyada milli-mənəvi dəyərləri qoruyaraq inkişafa nail
olmağın mümkünlüyünü sübut edən tərəqqi modelinə çevrilib”.
Sonra YAP Neftçala rayon təşkilatının yaranmasının
29-cu ildönümünə həsr olunmuş “Dünənin, bugünün və sabahın partiyası” adlı
qısametrajlı film nümayiş olunub.
Daha sonra mövzu ilə bağlı Neftçala Rayon İcra
Hakimiyyəti Başçısının müavini Şaiq Məmmədov, rayon təşkilatının yaranmasında
misilsiz xidmətləri olan veteran partiya üzvləri və ərazi partiya təşkilatlarının
sədrləri çıxış ediblər.
Digər xəbərlər