01 yanvar 2026-cı il tarixə Neftçala rayonu üzrə demoqrafik vəziyyət

2026-05-13 Baxış: 10
img

Rayon  əhalisinin sayı ötən ilin əvvəlindən 249 nəfər və ya 0,3 faiz artaraq  2026-cı il yanvar  ayının 1-i vəziyyətinə 87882 nəfərə çatmışdır. 

Rayon əhalisinin 40242 nəfəri (45,8 faiz) şəhər, 47640 nəfəri (54,2 faiz) kənd sakinləri, 42667 nəfərini (48,6 faizini) kişilər, 45215 nəfərini (51,4 faizini) isə qadınlar təşkil edir. 

2025-ci ildə  Ədliyyə Nazirliyinin Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən 795 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə bu göstərici azalaraq        847-dən 795-ə düşmüşdür. Doğulan körpələrin 53,3 faizi oğlan uşaqları, 46,7 faizi isə qız uşaqları olmuşdur. Körpələrdən 12-si əkiz doğulmuşdur.

Ötən il rayonda 574 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə bu göstərici 526-dan 574-ə qədər artmışdır.

 Ədliyyə Nazirliyinin Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən 2025-ci ildə 418 nikaha daxilolma və 166 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə nikahların sayı azalaraq 431-dən 418-ə, boşanmaların sayı isə 218-dən 166-ya düşmüşdür


Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov